C (proqramlaşdırma dili)

C
Loqonun şəkli
Paradiqmalar Strukturlu proqramlaşdırma
Yaradılma tarixi 1972
Müəlliflər Denis Ritçi
Tərtibatçılar Bell Labs, Denis Ritçi[1], Amerika Milli Standartlar İnstitutu, Beynəlxalq standartlaşdırma təşkilatı, Ken Tompson
Fayl sonluğu .c və ya .h
Təsirlənib Assembler, Fortran, Algol dili
Əməliyyat sistemi Microsoft Windows, Unix bənzəri
iso.org/standard/74528.h…
open-std.org/jtc1/sc22/w…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

C (si kimi tələffüz olunur) — 1970-ci illərin əvvəllərində Denis RitçiKen Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili "A" və "B" dilinin inkişafı məqsədilə yaradılmışdır.

Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb.

C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərinin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə "C kimi sintaksisə" malik dillər deyilir.

C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları C-ni bütün güclü proqramçıların bilməli olduğunu söyləyirlər.

C dili 1969–1973-cü illərdə yaranmışdır. Adının C olması ilə bəzi imkanlarının B dilindən götürülməsi olmuşdur.

C dili əvvəllər PDP-11 maşınında UNIX əməliyyat sistemində işlədilmək üçün nəzərdə tutulmuşdur. Lakin sonralar C çox populyarlaşdı. Hazırda C-ni proqramlaşdırma dillərinin "master"i adlandırırlar.

C məşhurlaşandan sonra C-nin bir çox yeni kompilyatorları meydana gəldi. Kompilyatoru yazanlar istəklərinə uyğun yeni imkanlar yaradır, bəzi dəyişikliklər edirdilər. Nəticədə bir çox hallarda kompilyatorda uğurla kompilyasiya olunan proqram digər kompilyatorda işləmirdi. Bu isə kompilyatorlar arasında seçim etməkdə çox çətinlik törətdi.

1983-cü ildə ANSI (American National Standarts İnstitute) C-nin standartını tərtib etməyi qərara aldı. 1988-ci ildə ANSI X3.159–1989 "Programming Language C" adlı standart qəbul olundu və bu standarta uyğun kompilyator daha yaxşı kompilyator sayılır.

#include <stdio.h>

main(){
  printf("Hello World!\n");
}

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]