Catocala electa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Catocala electa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Catocala electa (lat. Catocala electa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin catocala cinsinə aid heyvan növü.
Qanadları açılmış halda 65-88 mm-dir. Ön qanadları açıq boz, kül rənglidir, qonur pulcuqlarla qarışıqdır, eninə zolaq qaradır, iç tərəfi aydın görünmür, xarici tərəfi isə dişlidir, orta hissəsində "w" hərfinə oxşar naxış böyükdür. Axırıncının uc hissəsi qanadın kənarına qədər uzanır. Dalğalı zolaq aydın açıqdır və çətin görünür. Böyrəkşəkilli naxış qonur olub, ikiqat haşiyə ilə dövrələnmişdir. Arxa qanadlar al qırmızıdır, xarici kənarı və orta sarğısı qaradır, ətraf saçaqları ağdır, ön qanadlarda olduğu kimi dalğavaridir.
Cənubi və Mərkəzi Avropada, Rusiyanın cənubu və şərqində, Qafqazda, Şərqi Sibirdən Yaponiyaya qədər, Çində, Koreyada. Azərbaycanda isə Böyük Qafqazın dağətəyində və Lənkəran təbii vilayətində yayılmışdır. Kəpənəyi iyul, avqust aylarında uçur.
Azsaylıdır, Azərbaycanda cəmi 4 kəpənəyi işıqdan tutulmuşdur.
Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.