Ceklilər

Ceklilər
Ceklilər 1880-ci ildə.[1]
Ümumi sayı
11000 nəfər
Yaşadığı ərazilər
*Azərbaycan Azərbaycan 11000
Dili

cek dili
azərbaycan dili

Dini

İslam

Qohum xalqlar

Şahdağ milli etnik qrupu, Ləzgilər

Ceklilər və ya ceklər[2]Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir.

Statistik məlumatlar

[redaktə | mənbəni redaktə et]

1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı[3]. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər[4].

Ceklilərin məskəni

[redaktə | mənbəni redaktə et]
Cek kəndindən görünüş
border=none Əsas məqalə: Cek

Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir.

Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.

Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir.

"Cek" toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmamışdır. Ehtimal edilir ki, "Cek" sözü cek dilindəki "ciqa" sözündən yaranıb və Azərbaycan dilində "ərazi", "məkan", "torpaq", "yer" deməkdir.

Azərbaycan diasporunun və türk lobbisinin tərkib hissəsi

[redaktə | mənbəni redaktə et]
Ceklilər, 1880[5]

Cek kəndində əhalinin etnik tərkibini ceklilər təşkil edir. Bir sıra mənbələrdə "ceklər", "ceqlər", "ceglər", "cegillər" kimi göstərilən ceklilər hazırda Cek kəndindən başqa, Qubanın digər kəndlərində, BakıSumqayıt şəhərlərində, Abşeron, Xaçmaz, Qusar rayonlarında, ölkədən kənarda isə Rusiya Federasiyasında, Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində və digər məkanlarda məskunlaşmışlar.

XIX əsrin 80-ci illərinə aid olan bir mənbədə ceklilərin sayı 1277 nəfər qeyd olunmuşdur[6]. Ən son məlumata görə isə hazırda Cek kəndinin əhalisinin sayı 312 nəfərdir. Ölkədən xaricdə məskunlaşmış ceklilər Azərbaycan diasporununtürk lobbisinin tərkib hissəsini təşkil edirlər.

Ceklilərdə dindarlıq

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əbu Müslim məscidi

Dini əqidələrinə görə ceklilər İslamı qəbul edərkən sünnilərin şafi məzhəbinə aid olublar. Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən atəşpərəstliyin izlərini özündə əks etdirən "Atəşgah" və 1000 ildən də artıq yaşı olan Əbu Müslim məscidi yerləşir.

Əbu Müslim məscidi

Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Onun ətrafında geniş elmi-arxeoloji və memarlıq tədqiqatlarının aparılması çox vacibdir.

border=none Əsas məqalə: Cek dili

Ceklilər 2 dildə — dialektlərə bölünməyən vahid cek dilindəAzərbaycan dilində danışırlar. Bu xüsusiyyətlərinə görə ceklilər dünyanın ən nadir etnik qruplarından biridir. Qafqaz dillərinin Dağıstan qrupuna aid edilən cek dili qrız, əlik, haput, buduq dillərinə və qismən də ləzgi dilinə yaxındır. Azərbaycan dilində olan bəzi sözlər cek dilində də eyni məna kəsb edir.

Müasir ceklilər

[redaktə | mənbəni redaktə et]

Müasir ceklilər özlərini "azərbaycanlı" kimi qeyd etdirirlər və azərbaycanlıların tərkib hissəsi hesab edirlər. Onlar digər xalqlarla, xüsusi ilə də Azərbaycanda yaşayan milli etnik qruplarla qaynayıb-qarışmışlar. Bu əlaqə daha çox "Şahdağ qrupu" xalqları olan buduqlar, əliklər, haputlar, xınalıqlar, qrızlar, yergüclər, həmçinin qalayxudatlılar ilə geniş qohumluq əlaqələri ilə bağlıdır.

Ceklilər respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində yaxından iştirak edirlər. Ceklilər arasında çox sayda ali təhsilli mütəxəssislər vardır. Ceklilərin əksəriyyəti isə, xüsusi ilə Quba-Xaçmaz bölgəsində yaşayanlar kənd təsərrüfatı ilə məşğul olurlar.

Cek Cəmiyyəti

[redaktə | mənbəni redaktə et]
Təşkilatın əvvəlki emblemi (31.03.2006–31.03.2011)

Əvvəlki adı "Azərbaycan Cekli İcması" İctimai Birliyi (ACİİB) olan bu təşkilat 31 mart 2006-cı il tarixində ceklilər tərəfindən Sumqayıt şəhərində təsis edilmişdir.[7][8] Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu birliyin əsas məqsədi ceklilərin sayını dəqiqləşdirmək, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək qorunub saxlanılmasını təmin etmək, qlobal inteqrasiya sahəsində əməli fəaliyyət göstərməkdir.

Birliyin başlıca şüarı belədir: "Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!".[9]

Xüsusi olaraq qeyd edək ki, "Azərbaycan Cekli İcması" İctimai Birliyinin 31 mart günü təsis edilməsi heç də təsadüfi deyildir. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli, 690 nömrəli "Azərbaycanlıların Soyqırımı haqqında" Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.[10] Bu tarix Azərbaycan tarixinin faciəli səhifələrindən biri olduğu kimi, ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməmişdir. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də məhz Cek kəndi[11] və zərər çəkmiş etnoslardan biri isə Cek kəndində və digər kəndlərdə məskunlaşmış ceklilər olmuşdur.[12][13][14] Bu fakt digər şahdağlılar kimi ceklilərin də demoqrafik inkişafına ciddi təsir göstərmişdir.[15]

31 mart 2011-ci ildə "Azərbaycan Cekli İcması" İctimai Birliyinin təsisçilərinin qərarı ilə Birliyin adı dəyişdirilərək "Cek Cəmiyyəti" İctimai Birliyi olmuşdur[16].

11 iyun 2013-cü il tarixində "Cek Cəmiyyəti" İctimai Birliyinin "facebook" səhifəsi fəaliyyətə başlamışdır.

Adət-ənənə və maraqları

[redaktə | mənbəni redaktə et]

"Cek" xalçaları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Cek xalçaları
XIX əsrə aid "Cek" xalçası[17]

Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Tarixən köçmə həyat tərzi keçirən ceklilərin əsas məşğuliyyəti heyvandarlıq, əkinçiliktoxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar – xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olmuşar.

Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Ötən əsrdə ceklilərin kütləvi halda kəndi tərk edərək aran ərazilərə axışması onların məşğuliyyətinin də xeyli dəyişməsinə səbəb olmuşdur.

Cek kəndində məskunlaşmış əhalinin böyük əksəriyyəti yalnız heyvandarlıqla məşğul olur. Vaxtilə əkin yerləri olmuş dağ yamaclarından ibarət olan bu ərazilər uzun illər mal-heyvan və qoyun-quzuların bir sahədə otarılması nəticəsində orta və şiddətli dərəcədə sel və külək eroziyasına məruz qalmışdır. Uzun illər əkilmədiyi üçün hazırda buralarda heyvandarlığı inkişaf etdirmək çox çətinləşmişdir. Yaylaqların otvermə qabiliyyəti ilbəil azalmışdır.

Kəndin əlverişli coğrafi mövqeyi, xüsusi ilə də son illər Azərbaycanın iqtisadi inkişafının sürətlə artması bu regionda turizmin inkişafına doğru ilk addımların atılmasına da səbəb olmuşdur. Bu amil ceklilərdə də turizm sektoruna çox böyük maraq yaratmışdır. Ancaq yolların bərbad olması regionda turizmi inkişafını çətinləşdirir. Cek kəndinin rayon mərkəzi ilə, aşağı kəndlərlə əlaqəsi payız-qış vaxtı tamamilə kəsilir, yaz-yay aylarında isə çox çətinliklə mümkün olur.

border=none Əsas məqalə: Cek mətbəxi

Ənənəvi olaraq Azərbaycan mətbəxinin zəngin nümunələrindən bəhrələnən Cek mətbəxi bu müstəvidə də özünəməxsusluğu ilə fərqlənir. Cek mətbəxini Azərbaycan mətbəxindən fərqləndirən əsas cəhət budur ki, burada xüsusi hazırlanmış mətbəx nümunələri mövcuddur. Bunlara misal olaraq curum, qiləc, çama-fu, sərgil-afarboqortc-halva kimi nümunələri sadalamaq kifayətdir[18].

Mir-Xan domino oyunu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Mir-Xan domino oyunu

Ceklilər Mir-Xan domino oyununun yaradıcılarıdır.

Hələ XX əsrin səksəninci illərinin ikinci yarısında Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq avtomobil yolunun çəkilməsinə başlanılsa da, yol inşaatçıları ötən müddətdə hər iki istiqamətdə hərəkət edərək gəlib Qrızdəhnə kəndi ilə Cek kəndləri arasında dayanmışdı.

Lakin avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin göstərişi ilə başa çatdırılmış və 2006-cı il oktyabrın 7-də özünün iştirakı ilə Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilmişdir. Yolun ümumi uzunluğu 57 kilometr, eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir. 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüşdür. 45 min ton asfalt döşənmiş, 9 ədəd yeni körpü tikilmiş, 39 ədəd suötürücü boru quraşdırılmış, təhlükəsizlik bəndləri tikilmişdir.

Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır.

Bütün kollektivi və şagirdləri ceklilər olan yeganə məktəb Cek kəndində yerləşir. 2006-cı ilin əvvəllərində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən Cek kəndində yeni məktəb binası təhvil verilmişdir. Əvvəlki məktəb 1928-ci ildə tikilmiş və yararsız vəziyyətə düşmüşdü.

  1. "Ермаков Дмитрий Иванович. Группа мужчин и мальчиков из селения Джег. Джеки". 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-05.
  2. "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 12". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  3. "Этно-Кавказ, Кубинский уезд (1926 г.)". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  4. "Этно-Кавказ, Нухинский уезд (1926 г.)". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  5. "Ермаков Дмитрий Иванович. Группа девочек и старуха из селения Джег. Джеки". 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-05.
  6. H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40
  7. "Sumqayıt QHT-lərinin məlumat kitabçası", Sumqayıt-yanvar, 2007, səh. 6. (az.)  (ing.)
  8. Tarixin bu günü və ya bu günün tarixi. 31 mart 2011. sia.az [ölü keçid] (az.)
  9. Tərxan Paşazadə, "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri" (№ 1), Azərbaycan Müəllimlər İnstitutu, Bakı – 2009, səhifə: 35–43
  10. "Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998 tarixli, 690 nömrəli Fərmanı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-05.
  11. Vaqif Arzumanlı, Vəli Həbiboğlu, Kamil Muxtarov, "1918-ci il qırğınları. Tarixi araşdırmalar", Bakı-1995, səh. 28. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine (az.)
  12. Указатель географических названий [ölü keçid]
  13. Список селений Кубинского уезда, подвергшихся погромам в апреле-мае 1918 г. [ölü keçid]
  14. "Солмаз Рустамова-Тогиди. "Куба. Апрель-май 1918 г. Мусульманские погромы в документах". Баку. 2010". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  15. Əlhəddin CekliTərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44–48.
  16. "Azərbaycan Cekli İcması" İctimai Birliyinin adının dəyişdirildi. 09.04.2011 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
  17. Лятиф Керимов, "Азербайджанский ковер" (Том II), Баку, "Гянджлик", 1983, ст. 189-190, табл. 28.  (rus.)
  18. Əlhəddin CekliTərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 47.
  1. Tərxan Paşazadə. "Azərbaycanın etnik azlıqları: ceklilər", "168 Saat" qəzeti, Sumqayıt – 05 – 11 may 2006, № 11 (24), səh.16
  2. Tərxan Paşazadə. "Cek kəndi, ceklilər və cek dili", "Azad Azərbaycan" qəzeti, Bakı – 23 avqust 2006, № 124 (1079), səh.6
  3. Tərxan Paşazadə. "Azərbaycan cekli icması", "Respublika" qəzeti, Bakı – 13 iyun 2007, № 128 (2968), səh.8
  4. Tərxan Paşazadə. "Dünyanın nadir etnik qrupu – Azərbaycan cekliləri", "Azərbaycan" qəzeti, Bakı – 21 iyun 2007, № 134 (4651), səh.7.
  5. Tərxan Paşazadə. "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim" – 2009, səh.35-43.
  6. Əlhəddin CekliTərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44-48.
  7. Tərxan Paşazadə. "Cek və ceklilər Azərbaycanın milli dəyəridir", Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Mədəni müxtəliflik: sosial – siyasi dəyər kimi" mövzusunda Kulturoloqların II Milli Forumunun (Beynəlxalq elmi-praktik konfrans) materialları, Bakı, "Elm", 3 iyun 2010, səh. 422-431.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]