Coko Vidodo | |
---|---|
Joko Widodo | |
| |
| |
20 oktyabr 2014 – 20 oktyabr 2024 | |
Əvvəlki | Susilo Bambanq Yudhoyono |
Sonrakı | Prabovo Subianto |
Şəxsi məlumatlar | |
Doğum adı | Mulyono[4] |
Doğum tarixi | |
Doğum yeri | Surakarta |
Milliyyəti | İndoneziya |
Partiya | İndoneziya Demokratik Mübarizə Partiyası |
Fəaliyyəti | siyasətçi, sahibkar, mühəndis |
Həyat yoldaşı | İriana Coko Vidodo (e.1986) |
Uşaqları |
Qibran Rakabuminq Raka Kahiyanq Ayu[2][3] Kaesanq Panqarep |
Dini | İslam[1] |
|
|
presidenri.go.id | |
Vikianbarda əlaqəli mediafayllar |
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir.[5]
Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur.[6] 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur.[7] Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.[8][9]
14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.[10] Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır. Ümumi Seçki Komissiyası tərəfindən açıqlanan seçki nəticələrinə əsasən, səslərin 53.1%-ni toplayan Coko Vidodo rəsmi şəkildə ölkənin 7-ci prezidenti elan olunmuşdur.[11][12]
Prezident kimi əsas fəaliyyət istiqaməti ölkənin infrastrukturunun inkişafına yönəlmişdir.[13] Yanacaq subsidiyalarının azaldılması və vergi amnistisiyası barədə qərar qəbul etmişdir.[14][15] Xarici dövlətlərlə əlaqələrdə onun başçılıq etdiyi hökumətin əsas məqsədi İndoneziyanın suverenliyini müdafiə etmək olmuşdur. O, prezidentliyi dövründə qeyri-qanuni balıq ovu ilə məşğul olan gəmilərin batırılması[16] və xarici tənqidlərə baxmayaraq, narkotik qaçaqmalçıları üçün ölüm cəzası təyin etmişdir.[17]
The Economist jurnalının verdiyi məlumata görə, Cokovi "yüksək səsli rok musiqilərini" dinləməyi sevir və onun amerikan Metallica qrupunun üzvü Robert Truxilo tərəfindən imzalanmış gitarası var.[18]
O, 2 noyabr 2013-cü ildə hələ Cakarta şəhərinin qubernatoru olarkən rok musiqisi festivalında görünmüşdür. Bu, ilk belə hadisə deyildi. Belə ki, Cokovi ilk dəfə 2011-ci ildə təşkil olunmuş musiqi festivalında da görüntülənmişdi.[19]
O, bir çox xüsusiyyətlərinə görə tez-tez keçmiş ABŞ prezidenti Barak Obama ilə müqayisə olunur.[20]
Cokovi aktiv sosial media istifadəçisi olaraq tanınır və tez-tez özünün YouTube hesabına videolar yükləyir. Onun Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla naharı zamanı paylaşdığı video iki milyondan çox şəxs tərəfindən izlənmişdir.[1]