Cozef Kotten

Cozef Kotten
ing. Joseph Cotten
1957-ci ilin studiya fotosu
1957-ci ilin studiya fotosu
Doğum adı Cozef Çeşir Kotten[1]
Doğum tarixi
Doğum yeri Pitersberq, Virciniya, ABŞ
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Vestvud, Kaliforniya, ABŞ
Vəfat səbəbi sətəlcəm xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Lenor Kipp (1931-1960)[2]
Patrisiya Medina (1960-1994)[3]
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1930-1981
Boyu 187 sm
Mükafatları "Volpi Kuboku" (1949)
IMDb ID0001072
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır.

Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı. 1938-ci ildə Kotten onun "Dünyaların müharibəsi" radio tamaşasında uğurlu rol ifa etmişdi. Bu işdə iştirakı "RKO Pictures" kinostudiyasının diqqətini cəlb edir və studiya elə həmin ildə aktyorla müqavilə imzalayır.

"Vətəndaş Keyn" filmindən kadr. Cededay Liland rolunda

Bir ildən sonra Kotten Orson Uellsin "Həddindən artıq Conson" filmində çəkilməklə böyük ekranda debüt etdi. Film Uilyam Jillettin eyniadlı komediyası əsasında çəkilmişdi. 1939-cu ildə aktyor yenidən Brodveyə qayıdır və orada Filip Barrinin "Filadelfiya əhvalatı" tamaşasında çıxış edir. 1940-cı ildə Orson Uells "Vətəndaş Keyn" kult filminin çəkilişlərinə başlayır. Beləliklə, Cozef Kotten həmin filmə dəvət alır və orada Cededay Liland rolunu ifa edir. ABŞ kino tənqidçilərinin sərt mövqeyinə baxmayaraq, film 1940-cı illərin ən parlaq dramlarından birinə çevrildi.

Uzun illər Uellslə dostluq münasibətlərini qoruyub saxlayan Kotten 1942-ci ildə onun daha bir filmində göründü. Bu "Möhtəşəm Embersonlar" filmi idi. Bundan bir il əvvəl isə, onlar Riçard KollinsBen Hektlə birlikdə "Qorxuya səyahət" filminin ssenarisini yazmışdılar. Həmin filmdə də Kotten əsas rollardan birini oynamışdı. Uells və Kotten əməkdaşlığının sonuncu böyük nümunəsi kimi 1949-cu ildə çəkilmiş "Üçüncü adam" nuar filmini misal göstərmək olar.

Hollivud fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cozef Kottenin kino yaradıcılığının əsas xətti onun təkcə Orson Uellslə əməkdaşlığı ilə məhdudlaşmır. Aktyor bundan başqa Alfred Hiçkokun "Şübhə kölgəsi" triller filmində (1943) qatil Çarli və Corc Kyukorun "Qaz işığı" filmindəki (1944) Brayan Kameron kimi fərqli rolları ifa edərək Hollivudda özünü universal aktyor kimi təsdiq etmişdi. 1940-cı illərin ortalarında mütəmadi olaraq tanınmış aktrisa Cennifer Cons onunla filmlərdə tərəf-müqabil olurdu. Onlar "Siz gedəndən" (1944) hərbi dramında, "Sevgi məktubları" (1945) romantik dramında, "Günəş altında duel" (1946) vesternində və "Cenninin portreti" (1948) fantastik filmlərində birlikdə çəkilmişdilər. Həmin onilliyin sonunda aktyor yenidən Hiçkokdan dəvət alır və bu dəfə onun "Oğlaq nişanəsi altında" (1949) filmində şübhəli keçmişi olan Avstraliyalı mülkədar rolunda çəkilir.

1950-ci illərin gəlişi Cozef Kottenə "Sentyabr fırıldağı" (1950) filmindəki Devid Lourens, eləcə də Merilin Monro ilə tərəf-müqabil olduğu "Niaqara" nuar filmindəki Corc Lumis rollarını qazandırır. Onilliyin ortalarında aktyor böyük ekranı televiziyaya dəyişdi. Orada Kottenin şəxsi şousu efirə çıxırdı. 1950-ci illərin sonunda o, "Şərin möhürü" filminə çəkilməklə yenidən böyük ekranda görünür. Beləliklə, bir daha Orson Uellsin filmində rol alan aktyor bu dəfə epizodda iştirak edir. Ardınca isə Jül Vernin əsəri əsasında çəkilmiş "Aydan Yerə" filmində Viktor Barbiken rolunu ifa edir.

1960-cı ilin əvvəlində Cozef Kottenin ilk həyat yoldaşı Lenor Kipp leykemiyadan vəfat edir. Onlar hələ 1931-ci ildə ailə qurmuşdular. Elə həmin ildə aktyor ikinci dəfə aktrisa Patrisiya Medina ilə evlənir. 1964-cü ildə təxminən artıq 10 illik ikinci plan aktyoru kimi çıxış edən aktyor Robert Oldricin "Sakit ol, sakit ol, mehriban Şarlotta" trillerində aktrisalar Bett DeyvisOliviya de Hevillendlə yanaşı, baş rollardan birinə çəkilir. Artıq həmin onilliyin bir hissəsinə çevrilmiş aktyor kinoda çəkilişlərini davam etdirir. Bundan başqa həm də televiziyada "Ed Sallivanın şousu"nda xüsusi qonaq kimi iştirak edirdi.[4]

Cozef Kotten artıq 1970-ci illərdə tamamilə ikinci dərəcəli aktyora çevrilir və "Tora! Tora! Tora!" (1970), "Dəhşətli həkim Faybs" (1971), "Yaşıl soylent" (1973), eləcə də "Aeroport-77" (1977) filmlərinə çəkilir. "Aeroport-77" filmində onunla yanaşı, Cek Lemmon, Ceyms Stüart, Kristofer LiOliviya de Hevillend kimi bir sıra məşhur Hollivud ulduzları da iştirak edirdi. Aktyorun sonuncu yaddaqalan obrazı "Cənnətin darvazası" (1980) vesternində ifa etdiyi Reverand rolu olur. Lakin film tamaşaçıların və tənqidçilərin mənfi rəylərinə məruz qalır. Nəticədə cəmi bir həftədən sonra prokatdan çıxarılır. Buna baxmayaraq, film "Oskar" mükafatına namizəd oldu və Kann kinofestivalının Qızıl Palma Budağı da daxil olmaqla, bir neçə mükafata layiq görüldü.

1981-ci ildə 75 yaşlı aktyor, peşə fəaliyyətini başa vurdu. Bundan sonra o, həyat yoldaşı Patrisiya ilə birlikdə Kaliforniya ştatının Vestvud şəhərciyindəki evində məskunlaşaraq hər kəsdən uzaqlaşdı.

1987-ci ildə aktyorun tərcümeyi halı dərc olunur. Bu cəmiyyət arasında böyük marağa səbəb olur və elə həmin an bestsellerə çevrilir.

Cozef Kotten 6 fevral 1994-cü ildə boğaz xərçənginin ağırlaşmış formasına çevrilən sətəlcəm xəstəliyindən vəfat etmişdir. Onun övladı yox idi, yalnız ikinci nikahından bir ögey qızı vardı. Aktyor Virciniya ştatının Pitersberq şəhərində dəfn olunmuşdur.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Aktyorluq fəaliyyətinin geniş əhatə dairəsində olmasına və klassika hesab edilən bir çox kinofilmlərdə çəkilməsinə baxmayaraq, Cozef Kotten heç vaxt "Oskar"a və ya digər nüfuzlu kino mükafatlarına namizəd göstərilməmişdir. Uzun illər çalışdığı karyerası boyu, onun yeganə mükafatı Volpi Kuboku olmuşdu. Kotten bu mükafata "Cenninin portreti" filmində ifa etdiyi rola görə 1949-cu il Venesiya Kino Festivalında layiq görülmüşdü.

Cozef Kotten Hollivudun "Şöhrət xiyabanı"nda ulduza malikdir.

2008-ci ildə "Mən və Orson Uells" filmi ekranlara çıxmışdır. Bu filmdə Cozef Kottenin obrazını Kanada aktyoru Ceyms Tapper oynamışdı.

İl Azərbaycanca adı Orijinal adı Rol
1938 Həddindən artıq Conson ing. Too Much Johnson Ohastes Billinqs
1941 Vətəndaş Keyn ing. Citizen Kane Cededay Liland
1941 Lidiya ing. Lydia Maykl Fitspatrik
1942 Möhtəşəm Embersonlar ing. The Magnificent Ambersons Yucin
1943 Şübhə kölgəsi ing. Shadow of a Doubt Çarli
1943 Qorxuya səyahət ing. Journey Into Fear Hovard Qrem
1943 Onun vermədiyi ing. Hers to Hold Bill Morli
1944 Qaz işığı ing. Gaslight Brayan Kameron
1944 Siz gedəndən ing. Since You Went Away leytenant Toni Uillett
1944 Görüşənədək ing. I'll Be Seeing You Zaxari Morqan
1945 Sevgi məktubları ing. Love Letters Allen Kuinton
1946 Günəş altında duel ing. Duel in the Sun Cess Makkenls
1947 Fermerin qızı ing. The Farmer's Daughter Qlenn Morli
1948 Cenninin portreti ing. Portrait of Jennie İben Adams
1948-
1971
Ed Sallivanın şousu ing. The Ed Sullivan Show qonaq
1949 Üçüncü adam ing. The Third Man Holli Martins
1949 Oğlaq nişanəsi altında ing. Under Capricorn Sem Flaski
1949 Meşə tərəfdə ing. Beyond the Forest Lüis Molin
1950 Qərbin iki bayrağı ing. Two Flags West Kley Taker
1950 İradəsiz, qərib gəzinti ing. Walk Softly, Stranger Kris Heyl
1950 Sentyabr fırıldağı ing. September Affair Devid Lourens
1950 Yerə gələn ing. Gone to Earth hekayəçi
1951 Yarımələk ing. Half Angel Con Reymond
1951 Pekin ekspressi ing. Peking Express Maykl Baxlin
1951 Bəhanə edən adam ing. The Man with a Cloak Düpin
1952 Otello ing. Othello senator
1952 Hüdudsuz itaətsizlik ing. Untamed Frontier Kirk Denbou
1952 Möhkəm tələ ing. The Steel Trap Cim Osborn
1953 Misir ing. Egypt by Three hekayəçi
1953 Niaqara ing. Niagara Corc Lumis
1953 Qatilin təsviri ing. A Blueprint for Murder Vitni Kameron
1954 Brilyant yubileyin işıqları ing. Light's Diamond Jubilee özü
1954-
1955
Brodveyin ən yaxşıları ing. The Best of Broadway Den Makkorn
1955 Xüsusi çatdırma ing. Special Delivery Con Adams
1955 Alfred Hiçkok təqdim edir ing. Alfred Hitchcock Presents Uilyam Kalleu
1955-
1956
Ulduz səhnəsi ing. Star Stage Aleksandr Holms
1956 Butulkanın dibi ing. The Bottom of the Bottle P. M.
1956 Ford teatrı ing. Ford Theatre Con Eşbörn
1956 Qatil sərbəstdir ing. The Killer Is Loose Sem Vaqner
1957 Hellidey möhürü ing. The Halliday Brand Deniel Hellidey
1957 Telefon zamanı ing. Telephone Time Cozef P. Fiff
1958 Şübhə ing. Suspicion Qreqq Keri
1958 Alfred Hiçkok təqdim edir ing. Alfred Hitchcock Presents Toni Quld
1958 Şərin möhürü ing. Touch of Evil detektiv
1958 Aydan Yerə ing. From the Earth to the Moon Viktor Barbiken
1959 Alfred Hiçkok təqdim edir ing. Alfred Hitchcock Presents Kurtni Masterson
1960 Qırmızı geyimli mələk ing. The Angel Wore Red Havtorn
1960 Şah və mat ing. Checkmate doktor Corc Mallinson
1961 Sonuncu qürub ing. The Last Sunset Con Brekenric
1961 Avtobus dayanacağı ing. Bus Stop professor Uilrayt
1962 Müqəddəslər və müqəssirlər ing. Saints and Sinners Preston Kuper
1963 Böyük macəra ing. The Great Adventure Mihan
1964 Sakit ol, sakit ol, mehriban Şarlotta ing. Hush… Hush Sweet Charlotte Drü Beyliss
1965 Böyük Siu qırğını ing. The Great Sioux Massacre Markus Rino
1965 Pul tələsi ing. The Money Trap doktor Van Tilden
1965 Avaralar it. Gli uomini dal passo pesante Templ Kordin
1966 Oskar ing. The Oscar Kennet H. Riqan
1966 Qəddarlar it. I crudeli Conas
1967 Böyük Kanyonun parıltısı ing. Brighty of the Grand Canyon Cim Ouen
1967 Brilyantların Ceki ing. Jack of Diamonds
1967 Bəziləri yaşaya bilər ing. Some May Live Vudvard
1968 Böyük İsgəndər ing. Alexander the Great Antiqonus
1968 Petuliya ing. Petulia cənab Danner
1968 Ağ komanç isp. Comanche blanco şerif Loqan
1969 Sıfırıncı en dairəsi yap. 緯度0大作戦
ing. Latitude Zero
Kreiq Makkenzi
1970 Cırcırama ing. The Grasshopper Morqan
1970 Tora! Tora! Tora! yap. トラ・トラ・トラ!
ing. Tora! Tora! Tora!
ABŞ hərbi naziri Henri Stimson
1971 Dəhşətli həkim Faybs ing. The Abominable Dr. Phibes doktor Vesalius
1971 Qadın Frankenşteyn it. La Figlia di Frankenstein Baron Frankenşteyn
1972 Məhşər səyahəti ing. Doomsday Voyage Ceyson
1972 Qan baronu ing. Baron Blood Baron Otto fon Kleyist
Alfred Bekker
1972 Elmi qumarbaz ing. The Scientific Cardplayer Corc
1973 İblisin qızı ing. The Devil's Daughter Cadq Vezebay
1973 Yaşıl soylent ing. Soylent Green Saymonson
1973 Zərif tarazlıq ing. A Delicate Balance Harri
1974 Saxta F fr. Vérités et mensonges
1975 Sindikat sadistləri it. Il giustiziere sfida la città Paterno
1975 Ağac avaralar ing. Timber Tramps xəsis
1976 Qaranlıqda pıçıltı ing. A Whisper in the Dark professor
1977 Alatoranın son şüası ing. Twilight's Last Gleaming katib
1977 Aeroport-77 ing. Airport '77 Nikolas
1978 Sakitlik və dünyanın təhlükəsizliyi it. CIA contro KGB
fr. L'Ordre et la sécurité du monde
Foster Conson
1978 Karvan ing. Caravans Krandall
1978 Mükəmməl cinayət ing. The Perfect Crime Artur Dendi
1979 Bədheybətlər adası it. L' Isola degli uomini pesce professor Ernest Marvin
1979 Konkord məsələsi it. Affare Concorde Milland
1979 Qayana: əsrin cinayəti ing. Guyana: Crime of the Century Riçard Qeybl
1980 Ölü arabası ing. The Hearse Volter Pritçard
1980 Kazino ing. Casino Ed Buker
1980 Cənnətin darvazası ing. Heaven's Gate doktor Reverand
1980 Yanlış ing. Delusion İvar Lanqrok
1981 Yaşayan ing. The Survivor keşiş
  1. "Joseph Cotten Biography". 2015-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Overview for Joseph Cotten - Turner Classic Movies". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. ""Actress Patricia Medina dies at 92 – Entertainment News, Film News, Media"". 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Joseph Cotten - RUSC Old Time Radio". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]