Culyard musiqi məktəbi | |
---|---|
Juilliard School | |
40°46′26″ şm. e. 73°58′59″ q. u.HGYO | |
Əsası qoyulub | 1905 |
Tip | Şəhər |
Direktor | Josef Ve Polis |
Tələbə sayı | 800 |
Ölkə | |
Sayt | juilliard.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Culyard musiqi məktəbi (Juilliard School) — Amerikada ali musiqi-teatr təhsili məktəbi.[3]
Əsası Musiqi Sənəti İnstitutu kimi 1905-ci ildə F. Damroş tərəfindən qoyulmuşdur. 1924-cü ildə O. Culyard (Amerika fabrikantı və mesenatı, 1836–1919) fondu yaradıldıqdan sonra Culyard musiqi məktəbi adlanmış - dır (1926). Xoreoqrafiya və teatr fakültələri təşkil edildikdən sonra indiki adını daşıyır (1969). 2001-ci ildə caz şöbəsi açılmışdır (Caz Tədqiqi İnstitutu).
U. Şumen, V. Persiketti, P. Mennin, U. Berqsma, R. Levina, L. Persinger, R. Mann və b.-ları müxtəlif illərdə Culyard musiqi məktəbində dərs demişlər. Pianoçu V. Klibern, skripkaçılar İ. Perlman, P. Tsukerman, violonçelçalan Y.-Y. Ma, müğənni L. Prays, dirijor C. Levayn, caz pianoçusu və bəstəkarı Çik Koria məktəbin məzunları olmuşlar.
Culyard musiqi məktəbinin nəzdində Culyard simli kvarteti (1946), Culyard simfonik orkestri (1986), Amerika mis nəfəs alətləri kvinteti (1987), Nyu-York ağac nəfəs alətləri kvinteti (1987), Opera studiyası fəaliyyət göstərir. Tədris ili ərzində illüstrasiyalı “The Juilliard Journal” nəşr edilir. 1985-ci ildən hər il “Focus!” müasir musiqi festivalı keçirilir.[3]