Cüzeppe Madzini | |
---|---|
it. Giuseppe Mazzini | |
Doğum tarixi | 22 iyun 1805[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 1872[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | plevrit |
Fəaliyyəti | siyasətçi, filosof, yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Cüzeppe Madzini (it. Giuseppe Mazzini; 22 iyun 1805[1][2][…], Genuya, Birinci Fransa İmperiyası[3] – 10 mart 1872[1][2][…], Piza, İtaliya krallığı[3]) — Gənc İtaliya (Giovine Italia) adlı gizli inqilabçı təşkilatın (1832) qurucusu və Risorgimento hərəkatının öndəri, İtalyan milliyyətçi və inqilabçı. Alovlu bir cumhuriyyətçi olaraq, İtaliyanın birliyinin və müstəqilliyinin təmin olunmasının (1861) ardından Savoyya sülaləsi rəhbərliyində qurulan konstitutsiyalı monarxiya idarəçiliyinə qatılmağı rədd etmişdir.[4]
Yanseniusçuluqdan təsirlənən demokrat düşüncülərə bağlı bir ailənin övladı idi, 1814-cü ildə Piemont krallığına birləşdirilməsindən əvvəl respublika ilə idarə olunan Genuyada yaşayan bir həkimin oğlu idi. Üstün zəkalı olduğu hələ uşaq ikən bilinən Mazzini 14 yaşında Genuya Universitetinə qəbul edildi. 1827-ci ildə hüquq təhsilini tamamladıqdan sonra cəmiyyətin yoxsul hissəsindən gələn insanların işləri ilə məşğul olan vəkil olaraq işləməyə və irəliçi qəzetlərə məqalələr yazmağa başladı. Ölkəsinin azadlığına olan bağlılığının təsiri ilə çox keçmədən Karbonaria (Kömür İşçiləri) adlı gizli təşkilata qoşuldu. 1830-cu ildə tutularaq Savonada göz həbsinə alındı. Bu dövrdə siyasi düşüncələrini gözdən keçirərək geriləməkdə olan Karbonarianın yerini alacaq yeni bir milliyyətçi hərəkatın təməl ilklərəni hazırladı.[5] 1831-ci ildə sərbəst buraxılan Mazzinidən Piemontu tərk etməsi ya da kiçik bir qəsəbəyə köçməsi istəndi. Ölkədən ayrılmağı məsləhət bilərək Marselə gedən Mazzini, qısa müddətdə şəhərdəki digər italyanların rəhbəri oldu. Cəmiyyətin diqqətini çəkən ilk hərəkəti Piemont kralı Karl Albertə yazdığı açıq məktubu oldu. Bu məktubunda kraldan konstitutsiyalı idarəçiliyə keçməyi, milli mübarizəyə rəhbərlik etməsini və Avstriyalıları İtaliyadakı bütün vəzifələrdən qovmasını istədi. Karl Albertin İtalyada əldən ələ gəzən bu məktubuna münasibəti ondan ibarət oldu ki, o Mazzininin Piemonta dönəcəyi təqdirdə həbs etməyəcəyini elan etdi.
Mazzininin Marseldəki iki illik sürgün dövründə təməlini qoyduğu Yeni İtaliya hərəkatı İtalyan dövlətlərini xarici işğallardan qurtarıb, respublika idarəçiliyində birləşdirməyi məqsəd görən təşkilat idi. Mazzininin İtaliyanı "papa ya da kral"ın deyil, ancaq bir xalq hərəkatının qurtara biləcəyinə olan inancı Yeni İtaliyanın bütün sinifləri özündə ehtiva edən ilk İtalyan demokratik hərəkatı vəziyyətinə gəlməsində əhəmiyyətli rol oynadı.[6] İtalyan gəncliyinin gözləntilərinə cavab verən Yeni İtaliya qısa müddətdə Genuya və digər İtalyan şəhərlərində təşkilatlandı. 1833-cü ildə hərəkatın üzv sayısı 60 mini keçmişdi. Bu arada Mazzini propaqanda məqsədilə Giovine Italia adlı bir qəzet yayımlamağa başlamışdı. Qəzet digər inqilabçı digər qəzetlərlə birlikdə İtaliyaya gizli gətirilirdi. Yeni İtaliyanın üsyan cəhdlərinin hamısı uğursuzluqla nəticələndi. 1833-cü ildə Piemontdakı üsyan cəhdi daha başlamadan üstü açıldı. Hadisəyə qarışan 12 şəxs tutularaq edam edildi. Mazzini isə qiyabi mühakimə edilərək edam cəzasına məhkum edildi. Bir necə ay sonra Fransız polisindən qaçmaq məcburiyyətində qalan Mazzini İsveçrəyə keçmək üçün Piemontdan keçməli olur. Savoyya şəhərin tutmaq üçün könüllülərdən ibarət dəstə ilə hücumu da uğursuzluqla nəticələndi. Bu uğursuzluqlar Yeni İtaliyanın dağılmasına səbəb oldusa da, hərəkatın düşüncələri yaşamağa davam etdi. Yaradançı və maddəçiliyə qarşı olan Mazzini Tanrıyı və xalqı birləşdirirdi. Foi et Avenir (1835, İman və gələcək), və İ Doveri dell"uomo (1837, İnsanın vəzifələri) adlı əsərləri ilə öz tarix tərzinə İtaliyadan dünyaya yayılan bir ad qazandırdı. 1837-ci ildə İngiltərəyə gedərək Londona köçən Mazzini işlərini Britaniya Muzeyində davam etdirməyə başladı. Bu dövrdə İngilis qəzetlərinə məqalələr yazdı, Londondakı İtalyan uşaqları üçün bir məktəb açdı, "Apostolato popolare" adlı bir qəzet yayımladı. 1840-cl ildə Parisdə olan Cüzeppe Lambertinin köməyilə İtalyada və ölkə xaricində yaşayan italyanlar milli bilinc oyandırma məqsədini reallaşdırmaq üzrə Yeni İtaliyanı yenidən qurdu. 1847-ci ildə isə İngilis liberallarının də dəstəyi ilə Beynəlxalq Xalq Birliyinin təməllərini atdı. Mazzini ilk dəfə 1848-1849-cu illər İtaliya inqilabı dövründə geri döndü. Bu dövrdə Milan əhalisi Avstriyalıları torpaqlarından qovmuş, Piemont isə eyni məqsədlə Avstriyaya qarşı müharibəyə başlamışdı. Milanda isti münasibətlə qarşılandı. Amma Lombardiyanın respublika olmasını istəməsi və Milan keçiçi hökumətinin Piemont krallığına birləşmə təklifinin İtaliyanın gələcəyi baxımından səhv yol olduğu düşüncəsi çox keçmədən şəhər xalqının dəstəyini itirməsinə səbəb oldu. Piemont ordularının Milandan geri çəkilməsinin ardından və Avstriyalıların yenidən şəhərə girməsinin ardından Cüzeppe Qaribaldı rəhbərliyindəki intizamsız bir birlikdə işlədi. Qısa bir sürə sonra da İngiltərəyə geri döndü.[7]
Mazzini 1849-cu ildə yenidən İtaliyaya dönərək əvvəl Toskana, ardından da Romaya getdi. Bu dövrdə Romada reallaşan inqilab nəticəsində papa kənddən qovulmuş və cumhuriyyət elan edilmişdi. Mazzini şəhərə gəldikdın sonra isə keçiçi hökumətin triumvuru seçild, yəni faktiki hökumət rəhbəri oldu. Bu vəzifəsi sırasında reallaşdırdığı dini və toplumsal reformlarla üstün bacarıqlı bir idarəçi olduğunu sübut etdi. Aurelio Saffi və Karlo Armellini ilə birlikdə Roma respublikasının 3 yüksək vəzifəlisindən biri vəziyyətinə gəldi. Programına təhsilin dünyəviləşdirilməsi, kilsə mülklərinin müsadirəsi və s daxil idi. Amma idarəçilik qısa oldu. Katolik dövlətlərdən köməy istəyən Papanın çağırışına cavab verən fransız ordusu İtaliyaya daxil oldu. Qəhrəmancasına müqavimətdən sonra şəhər tutuldu və Mazzini qaçmaq məcburiyyətində qaldı. Londona dönən Mazzini 1851-c ildə "İtaliyanın Dostları" adlı yeni bir təşkilat qurdu. 1853-cü ildə Milanlı fəhlələrin Avstriyalılara qarşı üsyanına dəstək oldu. 1853–1854-cü illərdə Karrarada üsyan cəhdləri uğursuz oldu. Mazzinin cəhdləri problemlərin inqilab yolu ilə deyil, inqilabçı bir dövr ərzində həll olunacağını fikirləşən və Piemontda hökumətə daxil olan mötədillər tərəfindən narazılıqla qarşılanırdı. Mazzini 1858-ci ildə Londonda "Pensiero ed azione" (Düşüncə və Mübarizə) adlı bir qəzet nəşr etdirməyə başladı. Qəzetin adı düşüncənin ancaq mübarizə ilə nəticələndiyində bir dəyəri olduğunu müdafiə edirdi. Mazzini 1859-cu ildə Fransız və Piemont qüvvələrinin Avstriyaya qarşı başladığı mübaribəni dəstəkləmədi. Baş Nazir Kamillo Kavur bu savaş nəticəsində III Napaleonun köməyilə Alplardan Adriatikə qədər bütün İtaliyanı qurtarma məqsədi reallaşmadı. Qarribaldinin 1860-cı ildəki Minlər Səfərinə dəstək vermədi. Mazzini Qarribaldinin qısa müddətlik cənubi İtaliyadakı hakimiyyəti dövründə Neopola səfər etdi. 1861-ci ildə Venesiya və Roma xaric, birləşmiş İtaliya krallığının yaranması səbəbilə yenidən Londona geri döndü. Mazzini 1860-cı illərdə I İnternesyanal üzvləriylə əlaqəyə girdisə də, siyasi düşüncəsinə təməl olan əxlaqi və dini düşüncələr nə Marksın kommunizmi və nə də Bakuninin anarxizmi ilə uzlaşdığından çox keçmədən bu çevrələrlə əlaqələrini kəsdi. 1862-ci ildə Venesiyada bir üsyan təşkil etdi və 1863-cü ildə Papalıq dövlətində də bir üsyan təşkil edərək, Papalıq torpaqlarının bütövlüyünə Fransız-İtalyan müqaviləsinə qarşı çıxdı. 1870-ci ildə Siciliyada respublikaçı bir üsyana rəhbərlik etməyi qəbul edərək İngiltərədən ayrıldı. Daha yoldaykən tutularaq Gaetada gözaltına alınsa da, Romanın İtalyan qüvvələri tərəfindən tutulmasından sonra bağışlanaraq sərbəst buraxıldı. İtaliyanın monarxiya ətrafında birləşməsi Mazzininin həyatında və yaradıcılığında enişə səbəb oldu. Son illərində Luganoda Roma del popolo adlı yeni bir qəzet nəşr etdirməyə başladı və İtalyan işçilərini bir yerə gətirərək bir konqres toplamaq üçün müxtəlif cəhdlər etdi. Mazzini 1872-ci ildə Pizada vəfat etdi. Genuyada dəfni zamanı mənbələrin bildirdiyinə görə yüz minlərlə italyan iştirak etmişdir.