Cüzeppe Qaribaldi | |
---|---|
it. Giuseppe Garibaldi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1807[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 1882[1][2][…] (74 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Partiya |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, avtobioqraf[d], müqavimət döyüşçüsü[d], hərbi qulluqçu, Muzdlu döyüşçü |
Hərbi xidmət | |
Qoşun növü | İtaliya Kral Ordusu, quru qoşunları |
Rəhbərlik edib | |
Döyüşlər | |
Rütbəsi | Admiral, general-mayor, general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cüzeppe Qaribaldi (it. Giuseppe Garibaldi; 4 iyul 1807[1][2][…], Nitsa, Birinci Fransa İmperiyası[3] – 2 iyun 1882[1][2][…], Kaprera[d], İtaliya krallığı[3]) — İtaliyanın milli qəhrəmanı.
İtaliyada Cüzeppe Madzini adlı bir inqilabçının qurduğu "Gənc İtaliya" təşkilatı ilə birləşmişdi. Mazzini uzun illər boyu Papa dövlətinə və kilsəyə qarşı apardığı mübarizədən sonra İtaliya birliyini quran yüksək dərəcəli bir masondur. Ateist olduğu tarixdən məlumdur. Ona dəstək verən digər iki məşhur masonla - yəni Cüzeppe Haribaldi və Kont de Kavurla birlikdə 1870-ci ildə İtaliya Birliyini qurub və Papa dövlətini bugünkü Vatikanın hüdudlarına sıxışdırmışdı. Bundan sonra da İtaliyada Mussolininin 1920-ci illərdə bаş qаldırаn faşist diktaturasına zəmin hazırlayan bir proses başlamışdı.
Qısası, Mazzini, Haribaldi və Kavurun Avropada dinə qarşı mübarizədə böyük iş görən üç lider olduğunu söyləmək mümkündür. Mazzini dinə qarşı mübarizədə təkcə lider kimi deyil, həm də bir ideoloq kimi mühüm rol oynamışdı. Onun irəli sürdüyü "hər millətə bir dövlət" şüarı Avstriya-Macarıstan və Osmanlı imperiyası kimi çoxmillətli dövlətlərin çökməsinə səbəb olacaq inqilablara qığılcım vermişdi. Mazzininin bu şüarı insanları din qardaşlığı düşüncəsindən uzaqlaşdıraraq, soylarına görə ziddiyyət yaradan, "qəzəbli soy qoruyuculuğuna" ("Fəth" surəsi, 26) yönəldən bir çağırış idi. Bu çağırışın müəllifinin bir mason, həm də yüksək səviyyəli bir mason olması şübhəsizdir. "10000 Famous Freemasons" (10000 məşhur mason) adlı loja nəşrində bildirildiyinə görə, Mazzini uzun illər davam edən masonluq yüksəlişinin ardınca, 1867-ci ildə Italiya "Grand Orient"inin böyük ustadı seçilmişdi. 1949-cu ildə Romada Mazzininin heykəlinin açılışına toplaşan 3000 mason onu hörmətlə yad etmişdir.
Mazzininin sağ əli olan Cüzeppe Haribaldi isə 1863-cü ildə Italiya masonlarının Ali Konqresində 33-cü dərəcəyə çatıb, 1864-cü ildə böyük ustad seçildi. Bu böyük ustadın xatirəsinə ABŞ-də Nyu-York "vadi"sində 542 nömrəli "Haribaldi" adlı bağlı loja var.