David Rikardo

David Rikardo
David Ricardo
250
250
Doğum tarixi
Doğum yeri London, Böyük Britaniya
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Böyük Britaniya
Elm sahəsi iqtisadiyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Rikardo (ing. David Ricardo; 18 aprel 1772[1][2][…], London[1][3]11 sentyabr 1823[1][4][…], Qlosterşir[d]) — ingilis iqtisadçısı.

David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir.

İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.