Deniel Makfadden

Deniel Makfadden
ing. Daniel Little McFadden
Doğum tarixi (87 yaş)
Doğum yeri Relic, Şimali Karolina ABŞ ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi ekonometrika
Elmi dərəcəsi professor
İş yerləri Berkli Kaliforniya Universiteti, Massaçusets Texnologiya İnstitutu
Təhsili
Elmi rəhbəri Leonid Qurvits
Tanınır kəsikli seçki
Üzvlüyü
Mükafatları 1975 Con Beyts Klark, 1986 Friş medalı, Nobel mükafatı 2000 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deniel Makfadden (ing. Daniel Little McFadden) (29 iyul 1937[2][3][…], Roli[4][5][…]) — amerikalı iqtisadçı. 2000-ci ildə Ceyms Hekmanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmə səbəbini İsveç Kral Elmlər Akademiyası bu şəkildə ifadə etmişdi: "Deniel Makfadden kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə təltif olunur". Deniel Makfadden hələ də Berkli Kaliforniya Universitetində iqtisadiyyat professoru olaraq işləyir.

Deniel Makfadden 29 iyul 1937-ci ildə Relic şəhərində anadan olub. 19 yaşında olarkən Minnesota Universitetindən fizika ixtisası üzrə məzun oldu və 5 il sonra iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Minnesota Universitetində olarkən elmi rəhbəri Leonid Qurvitsdi. Leonid Qurvits də 2007-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.

Deniel Makfadden 1964-cü ildə Berkli Kaliforniya Universitetində işləməyə başladı. 1977-ci ildə Massaçusets Texnologiya İnstitutuna keçdi, lakin 1991-ci ildə yenidən Berkli Kaliforniya Universitetinə geri döndü. 1975-ci ildə Con Beyts Klark, 1986-cı ildə isə Friş medalına layiq görülmüşdür. 1981-ci ildə ABŞ Beynəlxalq Elmlər Akademiyasına üzv seçilmişdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]