Dimetil efir yanacağı

Dimetil efir yanacağı
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C2H6O
H3С-О-СН3
Molyar kütlə 46,07 q/mol
Fiziki xassələri
Sıxlıq 0,00209 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −138,5 °S
Qaynama nöqtəsi −24,9 °S
Alışma temperaturu −41 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 115-10-6
PubChem
SMILES COC
RTECS PM4780000
ChEBI 28887
BMT nömrəsi 1033
ChemSpider

Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır.

Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı.

DME xassələri

[redaktə | vikimətni redaktə et]

Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır).

Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du PontAir Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir. Haldor Torsie şirkəti DME sintezi üçün yüksək selektivliyə, temperatur davamlığına, həmçinin uzun fəaliyyət müddətinə malik katalizator işlənib hazırlanmışdır. Laboratoriya eksperimentlərinə əsaslanaraq Kopenhaqendə istehsal gücü 50 kq/saat zam DME olan pilot qurğusu yaradılmışdır. Bu qurğuda katalizator 5 ildən çox işləmiş və metanolun sintezi üçün sənaye katalizatoruna nəzərən stabilliyə görə daha yaxşı nəticələr göstərmişdir. Rusiya Federasiyasında DME sintezi, həmçinin DME əsasında sintezlər üzrə tədqiqat işləri Rusiya Elmlər Akademiyasının (REA) Neft Kimya Sintezi İnstitutunda və REA-nın Sibir filialının Kataliz İnstitutunda aparılır. Rusiya şəraiti üçün DME xüsusi ilə maraqlıdır. Belə ki, təmiz DME mənfi 1380C-də donur. Haldor Topsoe şirkətində gücü 2500-dən 10000 ton/sutka olan qurğularda təbii qazdan çoxtonnajlı DME istehsalı təşkil edilib və bu prosesin əsas mərhələləri aşağıdakılardır: sintez qazın hazırlanması, DME sintezi, təmizləmə, yardımçı enerji sistemlərin işi.

Hazırda DME dezodozantlarda freon əvəzinə aerosol əmələgətirici komponent, həmçinin daha mürəkkəb efirlərin sintezi üçün xammal kimi istifadə olunur. Daha geniş miqyasda DME birbaşa dizel yanacağının əvəzedicisi, avtobenzinlərin sintezi üçün istifadə oluna bilər.

  1. V.M.Abbasov, H.C.İbrahimov, S.R.Hacıyeva, S.Ə. Məmmədxanova, E.Ş.Abdullayev, F.Ə.Əmirov// Neft və qaz emalı proseslərinin kmyası və texnologiyası// “Elm” nəşriyyatı, Bakı -2014.S.275.