Dreamcast | |
---|---|
İstehsalçı | Sega |
Növü | Ev videooyun konsolu |
Nəsil | Altıncı nəsil |
Buraxılış tarixi | |
Satışda olması | 1998–2001 |
İlkin qiymət | |
Dayandırılma tarixi | 31 mart 2001 |
Satılıb | 9.13 milyon |
Media | 1 GB GD-ROM, CD-ROM, Mini-CD |
CPU | Hitachi SH-4 32-bit RISC (200 MHz) |
Yaddaş | 16 MB RAM, 8 MB video RAM, 2 MB audio RAM |
Displey |
Video çıxış formatları
|
Qrafikalar | 100 MHz PowerVR2 |
Səs | 67 MHz Yamaha AICA 32-bit ARM7 RISC CPU özək ilə, 64 kanal |
Onlayn servislər | SegaNet, Dreamarena |
Ölçülər | 190 mm × 195.8 mm × 75.5 mm (7.48 düym × 7.71 düym × 2.97 düym) |
Ağırlıq | 1.5 kq (3.3 funt) |
Ən çox satan oyun | Sonic Adventure, 2.5 milyon nüsxə |
Sələfi | Sega Saturn |
Vikianbarda əlaqəli mediafayllar |
Dreamcast[a] — "Sega" tərəfindən 27 noyabr 1998-ci ildə Yaponiyada, 9 sentyabr 1999-cu ildə Şimali Amerikada, 14 oktyabr 1999-cu ildə isə Avropada buraxılmış ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından birincisi idi. Bundan sonra "Sony" şirkətinin PlayStation 2, "Nintendo" şirkətinin GameCube və "Microsoft" şirkətinin Xbox konsolu satışa çıxarılmışdır. Dreamcast "Sega" şirkətinin sonuncu ev konsolu idi. Bu da şirkətin konsol bazarındakı 18 illik fəaliyyətini sona çatdırmışdır.
Dreamcast uğursuz Sega Saturn konsolunun baha proqram təminatı ilə müqayisədə xərcləri azaltmaq üçün "Hitachi SH-4" CPU və "NEC PowerVR2" GPU kimi ucuz komponentlərlə dizayn edilmişdir. Yaponiyada məyusedici resenziyalar alan Dreamcast ABŞ bazarında buraxıldığı ərəfələrdə uğurlu olmuş, ancaq "Sony" qarşıdan gələn PlayStation 2 üçün marketinq kampaniyası apararkən konsola olan maraq tədricən azalmışdır. Qiymətinin bir neçə dəfə azaldılmasına baxmayaraq, konsolun satışları "Sega" şirkətinin proqnozlarını qarşılaya bilməmişdir və şirkət ziyana düşməyə davam etmişdir. Rəhbərlikdə edilən dəyişiklikdən sonra "Sega" şirkəti 31 mart 2001-ci ildə Dreamcast konsolunun satışlarını dayandırmış, konsol biznesindən ayrılmış və özünü üçüncü partiya nəşrçi olaraq yenidən strukturlaşdırmışdır. Dünya səviyyəsində 9.13 milyon Dreamcast nüsxəsi satılmışdır.
Dreamcast konsolunun ömrünün qısa olmasına və məhdud üçüncü partiya dəstəyinə baxmayaraq, resenziya müəllifləri konsolu vaxtından qabaqda olduğunu vurğulamışdır. Konsol üçün buraxılmış videooyunlar arasında "Crazy Taxi", "Jet Set Radio" və "Shenmue" kimi kreativ və innovativ buraxılışlar, eləcə də "Sega NAOMI" arkada sistemindən yüksək keyfiyyətli portlar var. Həmçinin, Dreamcast internet dəstəyi və onlayn geympley üçün daxilində modem olan ilk konsol idi.