Ekhart Tolle | |
---|---|
![]() | |
Doğum tarixi | 16 fevral 1948 (77 yaş) |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, filosof |
eckharttolle.com | |
![]() |
Ekhart Tolle (alm. Eckhart Tolle; 16 fevral 1948) — alman ruhani müəllim və yazıçı. Ekhart Tolle heç bir din və təriqət ilə bağlı deyil. Lakin, o özünün bestsellerə çevrilmiş "İndinin gücü" adlı kitabında təsirləndiyi şəxsiyyətləri və fəlsəfələri aşağıdakı kimi qeyd etmişdir: Meister Ekhart, Advaita Vedanta, Möcüzələr kursu, mistik İslam, Sufizm, Ruminin şeirləri, Zen Buddizm, Lin-chi (Rinzai) məktəbi.
Ekhartın uşaqlıq illərində valideynləri davamlı mübahisə etmiş və nəticədə ayrılmışdılar. Məktəbdə də o, ayrıseçkiliyə məruz qalırdı. Tolle müharibədən sonrakı Almaniyada bombardman altında qalmış binalar arasında oynayaraq qorxu və narahatlıq mühitində böyüdü. Sonralar ağrının "ölkənin enerji sahəsində" olduğunu bildirirdi. Öz müsahibələrinin birində 13 yaşına qədər evlərindəki və məktəbdəki gərginliyi təsvir edərək Almaniyada keçirdiyi ağır uşaqlıq illərini xatırlayır. 13 yaşında atası ilə birlikdə yaşamaq üçün İspaniyaya getdi. Atası orta məktəbə getməsini istəmədi, buna görə Tolle evdə öyrənmək üçün ədəbiyyat, astronomiya və müxtəlif dilləri seçdi. İngiltərədəki universitetə gedənə qədər 13 yaşından 20 yaşına qədər atası ilə İspaniyada yaşadı. Ekhart Tolle universitet təhsilini London Universiteti və Kembric Universitetində aldı. 29 yaşında olanda uzun sürən depressiyanın sonunda dərin bir daxili transformasiya həyatının gedişatını kökündən dəyişdirdi. Bu təcrübədən sonra onun mənəvi inkişafı davam etdi və zaman keçdikcə özünü tam olaraq müəllimliyə və yazıçılığa həsr etdi. Ekhart Tolle Britaniya Kolumbiyasi, Kanada və Kaliforniyada vətəndaş nikahında olduğu Kim Eng ilə birlikdə yaşayır.