Elisa Santoni | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Vətəndaşlığı | İtaliya | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | ||||||||||||||
Boyu | 178 sm | |||||||||||||
Çəkisi | 58 kq | |||||||||||||
İdman növü | Bədii gimnastiкa | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi.
Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu.
Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.