Enqus Diton

Enqus Diton
Doğum tarixi 19 oktyabr 1945(1945-10-19)[2][3][…] (79 yaş)
Doğum yeri
Elm sahələri Mikroiqtisadiyyat, iqtisadiyyat[1], Yoxsulluq[1], Sosial ədalət[1], Sosial bərabərsizlik[1], sağlamlıq[1], Məişət axıntıları[d][1]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Riçard Stoun
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
scholar.princeton.edu/de…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[2][3][…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[10]

Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır.[10] Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur.[10]

Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir.[11]

Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir.[11] O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.[11]

Diton iqtisadiyyat üzrə elmi-populyar kitabların müəllifi, həmçinin başqa dövlətlərə iqtisadi yardım göstərməyin əleyhdarı kimi də tanınır.[11] Alim dəfələrlə bəyan etmişdir ki, itisadi firavanlıq əldə etmək üçün dövlətin iş qabiliyyətini yüksəltmək lazımdır, iqtisadi yardımla bunu başa gətirmək mümkün deyildir.[11]