Fillər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Fillər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır.
Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur.
Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.[3] Afrika filinin dərisi qalındır, Hindistan filindən cüssə və qulaqlarının eni baxımından daha böyükdür.
Hindistanda və Şri-Lankada yaşayırlar. Dərisi hamardır. Boyları 10 metrə çatır.
Tənəffüs sistemi — 2 ağciyəri var.
Həzm sisteminə ağız, udlaq, qida borusu, mədə, qaraciyər bağırsaqlar daxildir. Həzm sistemi ağızdan başlayır. Ağız suyu ilə islanmış qida dişlər vasitəsilə əzilərək üyüdülür. Sonra qida borusu vasitəsilə ağızdan mədəyə ötürülür. Mədədən bağırsağa gedən qidanın tərkibi bağırsaqda sorulur.
İfrazat sistemi — sidik kisəsi daxildir.
Qan-damar sistemi — ürək və ondan çıxaraq bütün bədəni əhatə edən damarlardan ibarətdir.
Sinir sistemi
Cinsiyyət sistemi
Skeleti