Frensis Bekon | |
---|---|
ing. Francis Bacon | |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Haygeyt, İngiltərə |
Vəfat səbəbi | ağciyər iltihabı |
Təhsili | |
Fəaliyyəti | filosof, yazıçı, hakim, siyasətçi, vəkil, astroloq, alim, tarixçi |
Fəaliyyət illəri | 1576–1626 |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | empirizm |
Tanınmış əsərləri | |
Mükafatları | |
Frensis Bekon Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 1561 – 9 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi.
Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur.
1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur.
F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır[3].
Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı. Bu metod hal-hazırda Bekon metodu adlanır. Bu metoda görə induksiya təcrübə və müşahidə vasitəsilə ətraf mühitdən bilik və hipotezlərin təsdiqini əldə edir. Qeyd etmək lazımdır ki, bu metoddan o dövrün əlkimyaçıları da istifadə edirdilər. Bekon elmin problemlərinə münasibətini 1620-ci ildə dərc edilmiş "Yeni orqanon" əsərində ortaya qoyur.
Bekon elmin üstünlüklərini mübahisəsiz həqiqət sayırdı. Ona hal-hazırda məşhur olan "Elm-qüvvədir" və " Bilik - özü-özlüyündə qüvvədir" kəlamları məxsusdur "Knowledge itself is power". Bekonun başlıca əsərləri "Yeni orqanon", "Yeni Atlantida" və "Təcrübələr" adlanırdı. Bekona görə fəlsəfənin əsasında üç predmet durur: Allah, ruh və insan. Allah və ruh dərkedilməzdir. Yalnız insan bədənini dərk etmək olar. Bekonun dövründə elmə hücumlar çox qüvvətli idi. Bekon bu qənaətə gəlir ki, bəzi teoloqların qeyd etdiyi kimi Allah təbiəti dərk etməyi qadağan etməyib. Əksinə o insana dünyanı dərk etmək üçün ağıl veribdir. Onun fikrincə, insanlar başa düşməlidirlər ki, iki dərketmə halı var : 1) ədalət və pisliyin dərk edilməsi, 2) Allahın yaratdığı mühitin dərk edilməsi.
O bildirir ki, ədalət və pisliyin dərk edilməsi insanlara qadağan edilib. Bu insanlara Allah tərəfindən Bibliya vasitəsi ilə verilir. Ancaq yaradılmış ətrafı insan ağlı vasitəsi ilə edə bilər. Ona görə də elm "insan şahlığında" öz layiqli yerini tutmalıdır. Elmin vəzifəsi insanın qüvvəsini və gücünü artırmaq və ona təmin edilmiş və layiqli həyat təmin etməkdir. Bekon dinin toxunulmaz olub elmdən kənar durmasını tövsiyə edirdi.
Bekon elmin zəifliyini göstərərək bildirirdi ki, indiyə qədərki elmi kəşflər sistematik yox, təsadüfü edilmişdir. Tədqiqatçılar düzgün metodla silahlanmalıdırlar. Metod - tədqiqatların ən düzgün yoludur. Hətta topal düzgün yolla gedərsə, sağlam adamı belə ötüb keçə bilər.
Elmi dərketmənin əsasında Bekona görə induksiya və eksperiment durmalıdır. Bekon təkidlə bildirirdi ki, həqiqət və əsl bilik təcrübədən yaranır. Bu fəlsəfi metod elmdə hal-hazırda empirizm adlanır. Böyük filosof həm bu metodun yaradıcısı olmuş, həm də onu daima tətbiq etmişdir.