Fuad Məsum tam adı: Məhəmməd Fuad Məsum Həvrami | |
---|---|
ərəb. محمد فؤاد معصوم | |
24 iyul 2015 – 2 oktyabr 2018 | |
Baş nazir | Heydər əl-Abadi |
Əvvəlki | Cəlal Talabani |
10 iyun 2010 – 11 noyabr 2010 | |
Əvvəlki | Ayad əl-Samarray |
Sonrakı | Üsamə ən-Nuceyfi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1938 (86 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Əl-Əzhər Universiteti Bağdad Universiteti |
İxtisası | hüquq və şəriət |
Fəaliyyəti | siyasətçi, vəkil, filosof |
Həyat yoldaşı | Ronak Mustafa Əbdül Şahid |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddür[1].
Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan[2] Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək[3] üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı.
1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu. Bu partiyada 1964-cü ilə qədər davam etdi. Orada Kommunist Partiyasının sədri Xalid Bəkdaşı qarşılamaq üçün Suriyaya getdi. Fuad Məsum Xalid Bəkdaşın kürdlərə qarşı münasibətini görüb Kürdüstan Demokratik Partiyasına qoşulmaq[4] üçün komunist partiyasından ayrıldı.
1968-ci ildə Kürdistan Demokratik Partiyasının Bəsrə təşkilatının sədri oldu. 1975-ci ildə Qahirədə Kürd inqilabının üzvlərindən biri idi. 1976-cı ildə Kürdistan Yurdsevərlər Birliyinin təsisçilərindən idi. 1992-ci ildə İraq Kürd Muxtariyyətinin ilk baş naziri oldu. 2003-cü ildə İraqın işğalından sonra Kürdistanı təmsil edən heyət üzvlərindən biri olaraq Bağdada gəldi və Konstitusiya komitəsinin üzvü oldu. 2004-cü ildə İraq Nümayəndələr Konseyinin sədri oldu. 11 iyul 2014-cü ildə İraq Nümayəndələr Konseyində səs çoxluğu ilə ölkə prezidenti seçildi.
Fuad Məsum Ronak Mustafa Əbdül Şahid adlı xanımla evlənmiş və bu evlilikdən 5 qız uşağı dünyaya gəlmişdir.