İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı[2] 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur[3][4]. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır.[5]
1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.[6][7]. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar. Lakin onlar kimmerləri İrandilli tayfa saydıqlarına görə bu adı dəyişdirmirlər.
Gümrü kəndi Şöreyel livasında kənd olmuş sonra isə şəhərə çevrilmişdir.
Rus işğalından sonra 1837–1924-cü illərdə Aleksandropol, 1924–1990-cı illərdə Leninakan, 1990-cı ildən isə Kumayri adlandırılır. Ermənistandaİrəvandan sonra ikinci böyük şəhərdir.
11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsi daşnak terrorçuları tərəfindən qəzaya uğradılır. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdu" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar[8].
Tiflisdə nəşr edilmiş "Qafqaz təqvimləri"ndə yayımlanmış məlumatlara əsasən:
Düzənlikdə, Arpaçayın sahilində yerləşən Aleksandropol şəhəri dağlarla əhatə olunmuşdur.[9] 7 oktyabr 1837-ci ildə Tiflisə gəlmiş Rusiya imperatoru I Nikolayın əmri ilə Gümrüdə qala tikilmiş, əlahəzrət imperatorun 31 oktyabr 1837-ci il tarixli əmri ilə isə yenicə (oktyabr, 1837-ci il) tikilmiş qalanın və Gümrü şəhərinin adı dəyişdirilərək əlahəzrət imperatorun arvadı, imperatritsa Aleksandra Fyodrovnanın (alm.Friederike Luise Charlotte Wilhelmine von Preußen ) şərəfinə Aleksandropol adlandırılmışdı.[10] 1840-cı ildə Gürcüstan — İmeretiya quberniyası təşkil edildi və məntəqə bu quberniya tərkibində rəsmən qəza şəhəri statusu aldı.[9] 1849-cu ildə İrəvan quberniyasının təşkili ilə onun tərkibinə verildi.[9] Hazırda əsas əhalisi 1830-cu ildə Türkiyədən (Ərzurumdan)[11] bura köçürülmüş emənilərdən ibarətdir.[9] 1842-ci ildə həyata keçirilmiş kameral siyahıyaalmaya əsasən şəhərdə hər iki cinsdən toplam 11.282 nəfər daimi əhali yaşayırdı.[12] Əhalini 10.696 nəfərini ermənilər, 410 nəfərini müsəlmanlar, 165 nəfərini yunanlar, 11 nəfərini isə ruslar təşkil edirdi.[12] 1854-cü ilə olan məlumata əsasən Aleksandropol şəhərində 11.358 nəfər (5.751 nəfəri kişilər, 5.607 nəfəri qadınlar) əhali yaşayırdı, onlardan: 10.945 nəfərini (5.539 nəfəri kişilər, 5.406 nəfəri qadınlar) xristianlar, 413 nəfərini (212 nəfəri kişilər, 201 nəfəri qadınlar) isə şiə müsəlmanlar təşkil edirdi.[13]
↑Кавказский календарь на 1846 год, изданный от Канцелярии Наместника Кавказского. Типография Главного Управления Кавказским краем. Тифлис, 1845 год. : Оглавление—> Отделение второе—> III. Хронологическое показания достопримечательных событий в Кавказском крае и важнейших постановлений правительства, относящихся к этому краю, стр. 70
↑Кавказский календарь на 1851 год, изданный от Канцелярии Наместника Кавказского. Типография Главного Управления Наместника Кавказского. Тифлис, 1850 год. : Оглавление—> Отделение третие—> II. Путеводитель по Черномории, Кавказскому и Закавказскому краю от Тамани до Тифлиса и потом до Кутаиса, Эривани, Шемахи и Дербента.—> B. Закавказский край.—> 3.Отсюда, через Елизаветполь, Шемаху, Баку и Кубу, до Дербента (составитель О. Константинов), стр. 105
↑Кавказский календарь на 1855 год, изданный от Канцелярии Наместника Кавказского. Въ Типографии Канцелярии Наместника Кавказского. Тифлис, 1854 год.: Оглавление по отделениям—>Отделение третие—> Собрание материалов для составления исторического, геграфического и статистического описания Закавказского Края.—>II. Статистические сведения по Тифлиской и Ереванским губерниям, стр. 332–333
Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.