Şəhər | |
Hayfa | |
---|---|
ivr. חֵיפָה ərəb. حَيْفَا | |
32°48′00″ şm. e. 34°59′00″ ş. u.HGYO | |
Ölkə | İsrail |
Dairə | [[Hayfa dairəsi]] |
Mer | Eynat Kaliş-Rotem |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1761 |
Yaşayış məntəqəsi statuslu | 1877 |
Sahəsi | 63.67 km² |
Mərkəzin hündürlüyü | 475 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 278 903 nəfər (2016) |
Sıxlığı | 4223.9 nəf./km² |
Aqlomerasiya | 1 048 900 |
Milli tərkibi |
yəhudilər: 81.2% ərəblər: 9.8% druzlar: 0.1% digərləri: 8.9% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +972 4 |
Poçt indeksi | 33000 |
Digər | |
haifa.muni.il | |
Vikianbarda əlaqəli mediafayllar |
Hayfa (İvritcə: חיפה; Ərəbcə: حيفا) — İsrailin şimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir.
İsraildə sıx olaraq ərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik, Tövrat) adı keçmişdir. Yəhudilər, Romalılar, Ərəblər, Səlibçilər, Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildə Napalyon Bonapart tərəfindən işğal edilmişdir. Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır. Həmçinin bu dağ yamaclarında Bəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var.
Əhalisi 278 903 nəfər (2016-cı il). Hayfada 1948-ci ildə 98 600 insan yaşayırdı.
Versiyalardan birinə görə, şəhərin adı ivrit dilində חוף יפה "xof yafe" — "gözəl sahildir" deməkdir[1]. Səlibçilər şəhərin adını İsa Məsihin çarmıxa çəkildiyi dövrdə yaşamış baş kahin Kayafanın adıyla bağlayırdılar[2]. Daha bir versiyaya görə, bu ad aramey dilində "xaffa"-"sahil" sözündən yaranıb (aramey dili daha əvvəl bu regionda geniş yayılmışdı).
Hayfanın hələ Roma imperiyası dövründə əsası qoyulmuşdur. Talmud dövründə (III–V əsrlərdə) Hayfanın yerində çiçəklənən yəhudi qəsəbəsi mövcud idi. Səlibçilər dövründə (XI əsr) bura o vaxtlar üçün kifayət qədər böyük yaşayış məntəqəsi və əhəmiyyətli Aralıq dənizi limanı idi. Karmel dağında karmelçilərin ordeni yerləşirdi. 1880-ci illərin sonundan Hayfa böyük liman şəhəri və Fələstinin əsas dəniz qapıları olur. 1930-cu illərdə Hayfa qeyri-leqal immiqrasiyanın mərkəzi idi. Qeyri-leqal repatriant-yəhudilərin əksəriyyəti, həmçinin nasist Almaniyasından qaçqınlar Fələstinə Hayfa portu vasitəsilə çatırdılar. 1944-cü ilə yəhudilər həmin vaxt 128 min nəfər əhalisi olan Hayfanın əhalisinin əksəriyyətini təşkil edirdilər.[3]
Tarixlərin əsas mənbəyi — Hayfa bələdiyyəsinin rəsmi saytı (ing.).