Jerar de Nerval | |
---|---|
fr. Gérard de Nerval | |
| |
Doğum adı | Gérard Labrunie |
Təxəllüsü | Gérard Labrunie |
Doğum tarixi | 22 may 1808[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 yanvar 1855[1][3][…] (46 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri | |
Milliyyəti | Fransız |
Fəaliyyəti | şair, dramaturq, romançı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Fransız dili |
Janr | Romantizm |
Jerar de Nerval Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[1][2][…], Keçmiş VII arondisman[d] – 26 yanvar 1855[1][3][…], Keçmiş VII arondisman[d]) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah.
Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır.
Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir. Universitetdə təhsil aldığı illərdə Aleksandr Düma və Théophile Gautier ilə dostluq münasibətləri yaradır. Jerar de Nervalın şeirlərində romantik deizm açıq şəkildə hiss olunur. Yaradıcılığının yeni çiçəkləndiyi bu dönəmində Viktor Hüqoda Nervalın fəaliyyətini yaxından izləyir.
Dövrünün tanınmış masonlarından biri olan Nerval, müntəzəm şəkildə narkotik maddələrdən istifadə edirdi. 1841-ci ildən etibarən bir necə dəfə ruhi xəstəxanada müalicə almağa başlamışdır. Nervalın səyyah olması ona bir çox ölkələri gəzməyə şərait yaratmışdır. Gəzdiyi ölkələrin heç birində daimi məskunlaşmayan Nerval 1820-ci illərdə Parisdə, 1830-1840-cı illərdə isə Lüksemburq və Hollandiya da yaşadığı eşqlərini şeirlərində dilə gətirmişdir.
1855-ci ildə, 47 yaşında olarkən Parisdə bir parkda ilk aşiq olduğu qadını ailəsi ilə birlikdə piknik edərkən görür. Bir zamanlar sevdiyi qadının xoşbəxt bir ailəyə sahib olmasını gördükdə yenidən ruh düşgünlüyü yaşamağa başlayır. İntihar etməzdən əvvəl xalasına yazdığı məktubda bu axşam məni gözləmə, çünki gecə qara və ağ olacaq başlıqlı bir şeir yazır və özünü işıq dirəyindən asaraq intihar edir. Nervalın intihar etməsinin əsas səbəbi kimi ilk sevdiyi qadın, ailəsi ilə birlikdə görməsi göstərilir.
Paris şəhərində Per-Laşez qəbiristanlığında dəfn olunan Jerar de Nerval sevgisi naminə intihar edən nadir romantizm şairlərindən hesab olunur. Nervalın əsərləri Umberto Eko tərəfindən İtalyan dilinə tərcümə edilmiş və bu tərcümələr italyan ədəbiyyatının formalaşmasında mühüm rol oynamışdır. Nerval eyni zamanda Sürrealizm avanqard cərəyanını əsas ilham qaynaqlarından biri hesab olunur.