Kakiçi Mitsukuri | |
---|---|
yap. 箕作佳吉 | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (52 yaşında) |
Təhsili | |
Fəaliyyəti | zooloq, dəniz bioloqu |
Vikianbarda əlaqəli mediafayllar |
Kakiçi Mitsukuri (箕作 佳吉, Mitsukuri Kakiçi?, 15 yanvar 1857, Edo – 16 sentyabr 1909) – Yaponiya zooloqu.
Kakiçi Mitsukuri 1857-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur.[1] O, Tsuyama klanının xidmətçisi olan Şuheyin üçüncü oğlu idi.[2] Keyo və Tokio universitetlərinin sələfləri olan təhsil müəssisələrində oxumuşdur.[1] 1873-cü ildə ABŞ-yə gedərək Yel Universitetinə daxil olmuş və 1879-cu ildə universitetin fəlsəfə doktoru dərəcəsini almışdır.[3] Daha sonra İngiltərənin Kembric Universitetində təhsil almışdır.[2]
Yaponiyaya qayıtdıqdan sonra 1881-ci ildə Tokio Universitetinin zoologiya üzrə ilk yapon professoru olmuşdur.[1][2] 1883-cü ildə Con Hopkins Universitetinin fəlsəfə doktoru dərəcəsini almışdır.[3] 1901–07-ci illərdə universitetin fizika fakültəsinin dekanı vəzifəsini tutmuşdur.[2] O, Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Dəniz Məhsulları Bürosu və Dəniz Tədqiqatı İnstitutu təşkilatlarını qurmuşdur.[2]
Mitsukuri taksonomiya və embriologiya sahələrində araşdırmalar aparmış, Yaponiyada bu sahələrin qabaqcılı olmuşdur.[1] O, Kanaqava prefekturasının Misaki şəhərində Tokio Universitetinin Misaki Dəniz Biologiyası Stansiyasının yaradılmasına kömək etmişdir.[1] Biologiya təhsilinin inkişafında da töhfələr vermişdir.[1]
Elmi adı Laphria mitsukurii olan bir milçək növü Mitsukurinin şərəfinə adlandırılmışdır.[3] Elmi töhfələrinə görə "Müqəddəs məbəd" ordeni ilə təltif edilmişdir.[3]