Kemal Monteno | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sarayevo, Bosniya və Herseqovina, Yuqosloviya |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Zaqreb, Xorvatiya |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | "Bare" qəbirstanlığı, Sarayevo |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1960-2010 |
Janrlar | folk, pop, sevdalinka |
Vikianbarda əlaqəli mediafayllar |
Kemal Monteno (17 sentyabr 1948 — 21 yanvar 2015) — karyerasını 1960-2010-cu illərdə davam etdirmiş, italyan əsilli bosniyalı müğənni.
O, 1967-ci ildə "Lidiya" adlı ilk mahnısını oxudu və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında uğurlu karyeraya ilk addımını atdı. Onun bir çox mahnıları digər müğənnilər tərəfindən də oxunub. Məsələn, "Bacila je sve niz rijeku" təkcə onun hit mahnısı deyildi, bu mahnı həm də Toşe Proeski tərəfindən də oxunub. Eynilə "Nekakos proljeca" və "Nije htjela" mahnıları da başqa ifaçılar tərəfindən sevilib və oxunub. İllər ərzində, oxuduğu mahnılara görə o, "Bosniyanın Roy Orbisonu" və "Nil Daymondu" kimi tanınmağa başlamışdı.
Monteno öz gələcək həyat yoldaşı Branka ilə ilk dəfə 1967-ci ildə Sarayevoda görüşmüşdü. Monteno Yuqoslaviyadakı vətəndaş müharibəsindən qayıtdıqdan sonra, onlar 1971-ci ilin 26 iyununda ailə qururlar. Onların Adriana adlı bir qızları və Dani adlı bir oğulları olur. O, 1990-cı illərdə baş vermiş Bosniya və Hersoqovina müharibəsində ölkədən çıxmamış, blokadaya alınmış Sarayevoda qalmışdır.