Ki Bo-Bae | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ki Bo-Bae |
Vətəndaşlığı | Cənubi Koreya |
Doğum tarixi | |
Doğum yeri | Anyang, Cənubi Koreya |
Boyu | 167 sm. |
Çəkisi | 57 kq. |
İdman növü | Kamandan oxatma |
25 avqust 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb.
Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı. 2016-cı il onun üçün daha uğurlu oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda bürünc medal qazandı. Komanda yarışlarında isə Ki Bo-Bae komanda yoldaşları Çang Hye-Jin və Çoi Mi-Sun ilə birgə qızıl medala layiq görüldü.