Kokura

Şəhər
Kokura
小倉市
Gerb
Gerb
33°53′ şm. e. 130°53′ ş. u.HGYO
Ölkə  Yaponiya
Region Kyuşu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 aprel 1900
Ləğv olunub 10 fevral 1963
Sahəsi
  • 208,72 km²
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kokura xəritədə
Kokura
Kokura

Kokura (小倉市, Kokura-şi?, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri.

2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir.

Kokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi.

Kokura stansiyası

Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir. 1866-cı ildə Oqasavara samurayları müharibəni qonşu Työsyu-xana uduzaraq öz qəsr iqamətgahlarını itirirlər.

1871-ci ildə Yaponiyada imperator hakimiyyətinin restavrasiyadan sonra Kokuranın bazasında eyniadlı prefektura yaradılmışdır. 1876-cı ildə bu prefektura Fukuoka prefekturasının tərkibinə daxil edilmişdir. Yaponiya imperiyası zamanında Kokura ağır sənaye mərkəzi olmuşdur. Şəhərdə Yaponiya İmperator ordusunun Kokura arsenalı yerləşirdi.[1] Burada hava şarlarına bombaların quraşdırılması həyata keçirilirdi.

1945-ci ildə İkinci dünya müharibəsinin sonlarında ABŞ silahlı qüvvələri Kokuranı Hiroşima şəhəri ilə yanaşı atom bombasının atılacağı hədəf kimi seçmişdir. Lakin havanın pis olması və qonşu Yaxata şəhərində yanğınlar amerikanlara 9 avqust tarixində pis görmə şərait yaratmışdır. Bu səbəbdən atom bombası Naqasaki şəhərinə atılmışdır.[1]. Nəticədə yapon dilində "Kokura kimi bəxti gətirən" deyimi yaranmışdır.

1963-cü ildə Kokura Kitakyuşu şəhərinin tərkibinə daxil edilmişdir. Həmin ilin 1 aprel tarixində yeni yaradılmış şəhər dövlət əhəmiyyətli şəhər statusunu almış, keçmiş Kokura isə eyniadlı şəhər rayonuna çevrilmişdir. 1974-cü ilin 1 aprel tarixində o iki hissəyə - şimali Kokura-Kita və cənubi Kokura-Minami adlı iki rayona bölünmüşdür.

Maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı şair, dramaturq Rəsul Rzanın Görüş pyesində birində Kokura şəhərinin atom bombasından qurtulmasına görə insan səmaya baxaraq "Sən öz buludlarınla qorudun, ölümdən xilas etdin" sözləri ilə təşəkkürünü bildirir.[2]

  • "Kokuranın nüvə bombardmanı planları" (yapon). 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
  • "Kokura-Kita rayonunun tarixi / / Kitakyuşu şəhərinin rəsmi rəsmi_saytıı" (ingilis). 2012-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
  1. 1 2 "Ядерное лето" (rus). 2008-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
  2. "GÖRÜŞ". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.