Kutaisi | |||||
---|---|---|---|---|---|
ქუთაისი | |||||
|
|||||
42°16′18″ şm. e. 42°42′20″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | təq. III əsr | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 120 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +995 (431) | ||||
Poçt indeksi | 4600–4699[2] | ||||
Digər | |||||
kutaisi.gov.ge | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Kutaisi (gürc. ქუთაისი) – Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır. Qafqaz şəhərlərindən biridir.
Kutaisi qədim Kolxida krallığının paytaxtı olmuşdur. Arxeoloji qazıntılar şəhərin əsasının hələ eramızdan 2000 il əvvəl qoyulduğunu göstərir. Eramızın 978-ci ilində Kutaisi yenicə müstəqil olmuş Gürcüstan krallığının paytaxtı seçilir. 1122-ci ildə Tbilisinin gürcülər tərəfindən tutulmasından sonra, paytaxt həmin şəhərə köçürülür. 1508-ci ildə Kutaisi Osmanlı İmperiyasının sultanı II Bəyazidin oğlu I Səlimin başçılıq etdiyi ordu tərəfindən tutulur. Şəhər 1770-ci ilə qədər Osmanlı hakimiyyəti altında qalır. Həmin il İmereti çarı I Solomon Rusiya qoşunlarının köməyi ilə şəhəri tutur. Daha sonra Rusiya imperiyasından asılı halda olan İmereti çarlığı 1810-cu ildə Rusiyaya birləşdirilir. 1918-ci ildə Gürcüstanın müstəqilliyini elan edir. Lakin bu müstəqillik uzun çəkmir və 1921-ci ildə Qırmızı Ordu Gürcüstanın işğalına başlayır. Gürcülər inadla muqavimət göstərsələr də onlar məğlub olurlar. Kutaisi şəhəri 10 mart 1921-ci ildə ruslar tərəfindən işğal olunur. Sovet hakimiyyəti illərində mərkəzi hökumət Kutaisinin inkişaf etməsi üçün burada çoxlu sayda sənaye müəssisələri tikir. Həmin illərdə Kutaisi Gürcüstanın ikinci böyük şəhəri statusuna sahib olur. 1991-ci ildə Gürcüstanın müstəqilliyini əldə etməsindən sonra ölkədə iqtisadi tənəzzül başlayır. Bu Kutaisi şəhərinin iqtisadiyyatına da təsir göstərir, şəhərdəki sənaye müəssisələrinin demək olar ki, hamısı bağlanır. Şəhərin əhalisi azalır. 2009-cu ildə Kutaisidə Gürcüstan parlamentinin binasının tikintisi başlanır. Bina İkinci dünya müharibəsində öldürülmüş gürcülərin xatirəsi üçün tikilmiş abidənin yerində tikildi. Bu məqsədlə həmin abidə partladıldı, bu zaman təhlükəsizlik qaydalarına əməl olunmadığından 2 nəfər partlayış nəticəsində öldü, 4 nəfər isə yaralandı.[3]
Kutaisidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları və sitrus önəmli yer tutur. Kutaisidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Kutaisidə qeydə alınmış ən aşağı temperatur −7 °C, ən yüksək temperatur isə 40 °C-dir.
Aylar | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İllik |
Orta istilik [°C] | 6 | 7 | 8 | 12 | 16 | 20 | 22 | 22 | 20 | 16 | 12 | 8 | 14 |
Şəhərdə 1945-ci ildə tikintisi başlamış və 1951-ci ildən istehsala başlayan Kutaisi Avtomobil Zavodu yerləşir. Bundan başqa şəhərdə bir neçə metallurgiya zavodları da var. Bu zavodların demək olar ki, heç biri işləmir. Şəhərdən 14 km qərbdə beynəlxalq ahava limanı fəaliyyət göstərir. Bu Gürcüstanda fəaliyyətdə olan 3 beynəlxalq aeroportdan biridir. 2009-cu ildən Kutaisidə azad ticarət zonası fəaliyyət göstərir. Bundan başqa şəhərdə turizm inkişaf etdirilir, şəhərdə bir çox qədim abidələr, həmçinin Gelati Monastırı yerləşir.