Leon Qlovatski

Leon Qlovatski
fr. Léon Glovacki
Ümumi məlumatlar
Doğum tarixi 19 fevral 1928(1928-02-19)[1]
Vəfat tarixi 9 sentyabr 2009(2009-09-09)[2][1] (81 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1947—1949 Fransa Due 28 (11)
1949—1952 Fransa Trua FK 63 (31)
1952—1957 Fransa Reyms 159 (54)
1957—1959 Fransa Monako FK 52 (15)
1959—1960 Fransa Sent-Etyen 20 (4)
1960—1962 Fransa Reyms 33 (11)
Cəmi: 355 (126)
Milli yığma[* 2]
1953—1955 Fransa Fransa 11 (3)
Məşqçisi olduğu klublar
1962—1966 Fransa Dijon
1966—1968 Fransa Olimpik Avinyon
1968—1969 Fransa Ansi (həv.)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Leon Qlovatski (fr. Léon Glovacki; 19 fevral 1928[1]9 sentyabr 2009[2][1], Cenevrə) — hücumçu mövqeyində çıxış edən Fransa futbolçusu və məşqçi. 1954 FİFA Dünya Kubokunun iştirakçısı.

O, Liberkur şəhərində polyak mühacir ailəsində anadan olmuşdur. Even-Malmezon kommunasında böyümüşdür. 14 yaşından usta köməkçisi kimi çalşmışdır. Elə həmin yaşda futbol oynamağa başlamışdır.[3] 18 yaşından Tümeri şəhərindəki neft emalı zavodunda çilingər vəzifəsində işləmişdir.[4] Bir il sonra "Due" klubunun heyətinə qoşuldu və iki il sonra oradan "Trua"ya keçdi.

1952-ci ildə Reymsə transfer oldu və orada Raymon KopaBram Appel ilə hücum üçlüyünün bir hissəsi oldu. 1953-cü ildə Lüksemburqla oyunda Fransa millisində debüt etdi, oyun 6:1 hesabı ilə "üçrəngli"lərin qələbəsi ilə sona çatdı.

1954-cü ildə millinin Dünya Kubokunda oynuyacaq oyunçuları sırasına əlavə edildi. Yuqoslaviya milli futbol komandası ilə qarşılaşmaya əsas heyətdə başladı, oyun 0:1 fransızların məğlubiyyəti ilə bitdi.

1956-cı ildə Reyms ilə ilk Çempionlar Kubokunun finalına vəsiqə qazandı.

1957-ci ildən etibarən MarselSent-Etyen klublarında oynayırdı. 1960-cı ildə onunla oynamaq istəyən Raymon Kopanın təkidi ilə Reymsə qayıtdı.[3]

Oyunçu karyerasını bitirdikdən sonra DijonOlimpik Avinyon klublarında məşqçilik etmişdir.[3]

Reyms:

  1. 1 2 3 4 Fichier des personnes décédées.
  2. 1 2 http://web.archive.org/web/20100113020712/http://www.francefootball.fr/FF/breves2009/20090911_162754_leon-glovacki-n-est-plus.html.
  3. 1 2 3 Braun, Didier. Léon Glovacki est mort // L'Equipe (газета) (fransız). — 2009. — 11 sentyabr.
  4. Cornu, Jean. En avril dernier, Léon Glovacki avait un idéal : jouer en première division // L'Equipe (газета) (fransız). — 1952. — 1 oktyabr.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]