Li Van Klif | |
---|---|
ing. Lee Van Cleef | |
Doğum tarixi | 9 yanvar 1925[1][2][…] |
Vəfat tarixi | 16 dekabr 1989[1][2][…] (64 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, hərbi qulluqçu, televiziya aktyoru, aktyor |
Fəaliyyət illəri | 1952–1989 |
Boyu | 188 sm |
IMDb | ID0001812 |
briansdriveintheater.com/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Li Van Klif (ing. Lee Van Cleef; 9 yanvar 1925[1][2][…] – 16 dekabr 1989[1][2][…], Oksnard[d], Kaliforniya) — məşhur ABŞ aktyoru. Aktyor çəkildiyi vestern filmlərində yaratdığı mənfi rolları ilə tanınır. Elə Yaxşı, pis, hirsli filmində Sentenza (Pis) rolunu ela ifa etmiş,hətta bütün zamanların ən yaxşı mənfi aktyoru sayılır.Mənfi rollar kimi müsbət rolların da öhdəsindən məharətlə gəlmişdir. Belə filmlərdən ən məşhuru “For a Few Dollars More” (Bir Qədər Dollar Daha Çox) filmidir ki, aktyor bu filmdə Polkovnik Duqlas Mortimer obrazını canlandırmışdır. 37 illik aktyorluq karyerasında 90 filmdə rol almışdır.
Van Klif Somerville,Nyu Cersidə anadan olmuşdur. Hər iki valideyni holland mənşəlidir. İkinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra peşəsi - mühasibliyi atmış və aktyor olmuşdur. İlk filmi klassik "High Noon" filmidir. O, bu filmdə cani obrazını canlandırmışdır. 1959-1962-ci illərdə ABŞ-nin ABC kanalında yayımlanan "The Rifleman" serialında müxtəlif rollar almışdır.Daha sonra aktyor filmlərə, xüsusi olaraq da vestern filmlərinə dəvətlər alır. Beləliklə aktyor 1962-ci ildə Con Fordun "The Man Who Shot Liberty Valance" adlı filmində öz mənfi rolunu alır. Filmdə aktyordan başqa artıq kinoda öz sözlərini demiş Ceyms Stüart və Con Ueyn də çəkilmişdir. Van Klif elə həmin ili yenə də Con Fordun digər "How the West Was Won " adlı filmində rol alır.
1958-ci ildə Li Van Klif ağır avtomobil qəzasına düşür və bir müddətlik aktyor karyerasını dayandırmalı olur. 1962-1965-ci illərdə Hollivudda otellərin birində rəssam işləyir.Bu dövrdə içkiyə qurşanır və günlərin bir günü ona dünya şöhrəti gətirəcək adamla - Serco Leone ilə təsadüfən tanış olur.Bu təsadüfi görüşdən sonra Van Klif rejissorun "Dollar trilogiya"sının iki böyük filmində əsas rollar alır. Bu filmlər Yaxşı, pis, hirsli və “For a Few Dollars More” filmləridir.İllər sonra Con Karpenterin "Escape from New York" adlı filmində ikinci plan kişi rolunu ifa edir.
Aktyor ömrünün son illərində ürək xəstəliklərindən əziyyət çəkir. 1989-cu ildə dekabrın 16-sı gecə Oxnarddakı evində huşunu itirir. Gecə ilə St. John's Regional Medical Center adlı xəstəxanaya çatdırılsa da dünyasını dəyişir.
Los-Ancelesdə "Hollywood Hills"də dəfn edilmişdir. Qəbrinin üstündə "Lee Van Cleef Jan 9, 1925 - Dec 16, 1989 'Best of the Bad' Love and Light" yazılmışdır.