Lüdviq Andreas Feyerbax

Lüdviq Andreas Feyerbax
alm. Ludwig Feuerbach
Doğum tarixi 28 iyul 1804(1804-07-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 1872(1872-09-13)[1][2][…] (68 yaşında)
Vəfat yeri
Dövr XIX əsr fəlsəfəsi
İstiqaməti ateizm, Alman klassik fəlsəfəsi
Əsas maraqları Din fəlsəfəsi, etika, epistemologiya, Antropoloji fəlsəfə
Təsirlənib Georq Vilhelm Fridrix Hegel[4], Benedikt Spinoza, Fridrix Şleyermaher[d], Sensualizm
Sayt ludwig-feuerbach.de
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lüdviq Andreas Feyerbax (alm. Ludwig Andreas von Feuerbach‎; 28 iyul 1804[1][2][…], Landshut, Bavariya kürfürstlüyü, Müqəddəs Roma imperiyası[3]13 sentyabr 1872[1][2][…], Nürnberq, Almaniya imperiyası, Bavariya Krallığı) — alman materialist filosofu.

O, Hegel fəlsəfəsini "başından ayağa" qoymağa cəhd göstərmişdir. Onun fəlsəfi baxışları "Xristianlığın mahiyyəti" (1841), "Dinin mahiyyəti haqqında mühazirələr (1851) əsərlərində öz əksini tapmışdır. Hegel kimi, Feyerbax da teoloji məsələlərə xüsusi diqqət yetirmişdi. Lakin o, Allahı real varlıq hesab etmirdi. Feyerbaxa görə, ruh ikincidir, təbiət isə birinci. İlahi ruh sadəcə insan qəbilinin zəka, iradə və emosiyalardan ibarət olan mahiyyətinin proyeksiyasıdır. İnsanın öz mahiyyətindən özgələşməsi bir-neçə mərhələdə baş verir. Öz həyatının təbii qüvvələərdən asılı olduğunu dərk edən qədim insan bu qüvvələri hansısa yolla ram etmək zərurətini dərk edirdi. Onları antropomorfiləşdirən insanlar təbiətlə dialoqa girməyə cəhd edirdilər. Əvvəlcə təbii hadisələrin arxasında dayanan ilahi varlıqları insanlar kobud cismani formada təsəvvür edirdilər. Tədricən insanlar tanrılar haqqında təsəvvürlərini təsadüfi elementlərdən ayrırırdılar. İlahi varlıqda getdikcə insan qəbilinin vahid sonsuz mahiyyəti üzə çıxmağa baaşlayır. Bu proses öz zirvəsinə xristianlıqda və ona xidmət edən Hegel fəlsəfəsində çatmışdır.

Feyerbaxa görə, insanın Allah haqqında təsəvvürləri təkmilləşmədikcə insandan insani təbiət sanki çıxarılır. Lakin bu proses daimi ola bilməz. Bir zaman insanlar dərk etməyə başlayırlar ki, Allah insanların onlardan aralanan və göylərə ucalan öz mahiyyətidir. Bunun dərki insannı özünün özündən özgələşməsinin aradan qaaldırılması üçün ilkin şərait yaradır. Bu, dindən imtina etmək demək deyil. Din qalır, lakin o, insanın dininə çevrilir.

İnsan başqası üçün Allah olmalıdır. İnsanın ilahiliyi yalnız "Mənlə Sənin" dialektikasında təzahür edə bilər. İnsan qəbilinindən olanların əsas münasibəti qadınla kişi arasında məhəbbətdir. Feyerbax məhəbbətə fundamental əhəmiyyət verirdi. Başlıca hiss kimi məhəbbət həyaıtn mənası olmalıdır. Təfəkkür ikinci dərəcəlidir. O, hisslərdən dərs götürməlidir. Feyerbaxın antropologiyası marksizmə və XIX-cu əsrin ikinci yarısında pozitivizmlə yanaşı mədəni Avropanın mədəni məkanında üstünlük təşkil edən həyat fəlsəfəsinə dönüş nöqtəsi oldu.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Ludwig Andreas Feuerbach // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Фейербах Людвиг Андреас // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Stanford Encyclopedia of Philosophy (ing.). Stanford University, Center for the Study of Language & Information, 1995. ISSN 1095-5054

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]