Marvel Super Heroes vs. Street Fighter | |
---|---|
| |
Hazırlayan | Capcom |
Yayımlayan |
Arkada və Sega Saturn Capcom PlayStation
|
Seriya |
Marvel vs. Capcom Street Fighter |
Buraxılış tarixi | |
Janr | faytinq, krossover |
Prodüserlər | Kenci Kataoka |
Bəstəkarlar |
|
Texniki məlumat | |
Platformalar | |
Oyun rejimləri | birnəfərli, çoxnəfərli |
İnterfeysin dili | ingilis dili |
İdarəetmə | coystik |
Korpusun növü | şaquli[1] |
Displey | Rastr (horizontal)[1] |
Arkada platforması | CP System II[1] |
Səs | QSound |
Marvel Super Heroes vs. Street Fighter[a] — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 2-ci əsas epizoddur və 1996-cı ildə satışa çıxarılan "X-Men vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1997-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1998-ci ildə Sega Saturn, 1999-cu ildə isə PlayStation üçün satışa çıxarılmışdır.
"Marvel Super Heroes vs. Street Fighter" videooyununun geympleyi və estetikası "X-Men vs. Street Fighter" videooyununa çox oxşayır. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Videooyun əvvəlki buraxılışdakı İks-adamlar heyətinin çoxunu digər "Marvel" mülklərindən olan personajlarla əvəz edir. Əlavə olaraq, videooyun "Dəyişkən yardım" adlı yeni geympley mexanikası təqdim edir, hansı ki, növbəti "Marvel vs. Capcom" buraxılışlarında istifadə olunmuşdur.
Əvvəlki buraxılışda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" videooyunu da geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Oyunun 4 MB RAM genişləndirmə kartricindən istifadə edən Sega Saturn versiyası arkada kimi möhtəşəm bir konversiyasına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun qarışıq rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel vs. Capcom: Clash of Super Heroes" 1998-ci ildə buraxılmışdır.
"Marvel Super Heroes vs. Street Fighter" videooyunu "Marvel vs. Capcom" ikiölçülü faytinq videooyunları seriyasının ikinci buraxılışıdır.[2] Videooyun "X-Men vs. Street Fighter" videooyunundakı eyni təkbətək teq-tim komanda formatından istifadə edir.[3] Oyunçular iki döyüşçüdən ibarət komanda seçirlər. Döyüşçülərin hər birinin özlərinə xas sağlamlıq sayğacı var. Matçın başlanğıcında birinci seçilən personaj oyunçu tərəfindən idarə edilir, ikinci seçilən personaj isə ekrandan kənarda, köməkçi personaj rolunu canlandırır. Oyunçu coystik hərəkətlərindən və düymə sıxmaqdan ibarət kombinasiyalardan istifadə edərək müxtəlif döyüş fəndlərini icra etməlidir ki, rəqib komandanın sağlamlıq sayğaclarını tükətsin. Rəqibin sağlamlıq sayğacı tükədən birinci oyunçu matçın qalibi olur. Əgər vaxtölçən sıfıra çatırsa, bu zaman sağlamlıq sayğacı ən yüksək olan oyunçu matçın qalibi olur.[4]
"Marvel Super Heroes vs. Street Fighter" videooyunundakı ən diqqət çəkən dəyişiklik "Dəyişkən yardım" funksiyasıdır. Dəyişkən yardım ilə oyunçular ekrandan kənarda olan personajlarını hal-hazırda istifadə etdikləri personajları dəyişmədən xüsusi fənd icra etmələri üçün çağıra bilərlər. Bu da döyüş zamanı fənd kombinasiyaları həyata keçirmək və köməkçi personajın rolunu daha əhəmiyyətli etmək üçün yeni mümkünatlar yaradır.[5] Dəyişkən yardım funksiyası daha sonra növbəti "Marvel vs. Capcom" seriyasında buraxılışlarda istifadə edilən bir geympley elementi olmuşdur.[6]
"Marvel Super Heroes vs. Street Fighter" videooyununun arkada, "Sega Saturn" və "PlayStation" versiyalarında həm arkada, həm də ki qarşı-qarşıya rejimi var.[7] Arkada rejimində oyunçular süni intellekt tərəfindən idarə edilən rəqib komandalar dalğası, bir müddət irəlilədikdən sonra isə "X-Men vs. Street Fighter" videooyununda da görünən boss personaj Apokalipsisə qarşı döyüşürlər. Oyunçu Apokalipsisi məğlub etdikdən sonra oyunçu axırıncı boss – Kiber-Akuma ilə döyüşməlidir.[5] Oyunun "PlayStation" versiyasında üç eksklüziv oyun rejimi var. Onlar: Məşq, Qəhrəman döyüşü və Kross-overdir. Qəhrəman döyüşü dözümlülük rejimidir. Burada oyunçu seçmədiyi personajlara qarşı döyüşməlidir.[8][9] Kross-over rejimində oyunçu və rəqibi olan kompüter eyni personajlarla döyüşürlər. Oyunçu matçın qalibi olarsa, kompüter hər iki komandadan bir personajı bir-birləri ilə əvəz edir.[8] Oyunun "PlayStation" portunda Qalereya rejimi də var. Burada oyunun reklam və personajlar üçün nəzərdə tutulmuş rəsm əsərləri var. Bu rəsm əsərlərinin kilidini açmaq üçün müxtəlif tapşırıqları yerinə yetirmək lazımdır.[9]
"Marvel Super Heroes vs. Street Fighter" videooyununda 17 personajdan ibarət döyüşçü reyestri var. Onlardan 9-u "Street Fighter" kainatından, 8-i isə "Marvel Comics" kainatındandır.[8] "X-Men vs. Street Fighter" videooyununda olan bütün İks-adamlar personajları[b] Kapitan Amerika, Hörümçək-adam və Halk kimi digər "Marvel" mülklərinə aid olan personajlarla əvəz edilmişdir.[5] "Street Fighter" personajlarının əksəriyyəti[c] əvvəlki buraxılışdan qayıdır.[10] "Marvel Super Heroes vs. Street Fighter" videooyununun Yaponiya arkada və konsol versiyalarında Norimaro (憲磨呂ノリマロ) adlı eksklüziv personaj var.[11] Norimaro Yaponiya komiki Noritake Kinaşi tərəfindən yaradılmış orijinal bir personajdır. Bu personajın sahibi də məhz odur və personaj nə "Marvel" nəşriyyatını, nə də ki "Capcom" şirkətini təmsil edir.[11][12] Norimaro lisenziya problemlərinə görə videooyunun beynəlxalq buraxılışlarında görünmür.[13] 17 oyunçu personaja əlavə olaraq, reyestrdə 6 gizli personaj var.[14] Gizli personajlar mövcud personajların fərqli fənd dəstlərinə sahib palitra dəyişikliyidir. Məsəlüçün, Kapitan Amerikanın palitra dəyişikliyi "ABŞ agenti", Blekhartın palitra dəyişikliyi isə "Mefisto"dur.[1][11]
|
"X-Men vs. Street Fighter" videooyununda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" də ilkin olaraq, "CP System II" arkada sistem lövhəsi üçün istehsal edilmişdir. Oyun 1997-ci ildə Yaponiya və Şimali Amerika arkadalarında debüt etmişdir.[1][15] Bundan bir müddət sonra sonra, 22 oktyabr 1998-ci il tarixində videooyunun Sega Saturn portu satışa çıxarılmışdır. Oyunun Sega Saturn portu 4MB RAM genişləndirmə periferiyasını dəstəkləyirdi. Bu isə istehsalçılara içərisində orijinal kadr tezliyi və teq-tim sisteminin də olduğu bir konversiya yaratmaq imkanı vermişdir.[13] Oyun daha sonra, 1999-cu ilin fevral ayın PlayStation konsoluna portlaşdırılmışdır.[16] Teq-tim formatı konsolunun məhdud RAM tutumluğuna görə "Street Fighter" kimi digər faytinq oyun seriyalarında istifadə edilən daha ənənəvi raund formatı ilə əvəz edilmişdir.[14] Teq-tim geympleyin yerini doldurmaq üçün oyuna Qəhrəman döyüşü və Kross-over kimi bir neçə yeni oyun rejimi əlavə olunmuşdur.[16]
Keçmiş "Capcom USA" icma meneceri və faytinq oyunu məsləhətçisi Set Killiana görə, "Marvel Super Heroes vs. Street Fighter" üçün nəzərdə tutulmuş əsas hədəflərdən biri də ekranda baş verən "dəliliyin dərəcəsini" "X-Men vs. Street Fighter" videooyunu ilə müqayisədə azaltmaq idi.[10] İstehsalçılar bunu personaj reyestri vasitəsilə tənzimləndirmək istəyirdilər. Əvvəlki buraxılış çox oyunçu tərəfindən "xarab" adlandırılırdı, çünki personajlar bir və ya daha çox sonsuz kombinasiya edə bilirdi. Buna baxmayaraq, həmin dəyişikliklər oyunun oyunçulara daha az azadlıq verməsindən şikayətlənən azarkeşlər tərəfindən müsbət qəbul edilməmişdir.[6][11] Bu, "Capcom" şirkətinin dəlilik mövzusunu seriyanın əyar möhürü kimi qəbul etməsinə və növbəti "Marvel vs. Capcom" epizodlarının diqqət mərkəzinə çevirməsinə gətirib çıxarmışdır.[10]
Videooyun rəy toplayıcısı "GameRankings" portalına görə, "Marvel Super Heroes vs. Street Fighter" videooyununun Sega Saturn versiyası "müsbət" rəylər, PlayStation versiyası isə "ortabab" rəylər almışdır.[17] "GameSpot" işçisi Ceff oyunun Sega Saturn portunu geympleyinə, personaj reyestrinə, qrafikalarına, kəskin animasiyalarına və əlavə RAM dəstəyinə görə tərifləmiş, onu "arkada qədər möhtəşəm bir konversiya" adlandırmışdır. Buna baxmayaraq, Gerstmann onu "X-Men vs. Street Fighter" oyununun "demək olar ki, karbon kopyası" adlandırmışdır.[13] Həmçinin, oyunun PlayStation portu geympleyinə və personaj reyestrinə görə təriflənmiş, ancaq konsolun yaddaş məhdudiyyəti ilə bağlı yaranan problemlərə görə müxtəlif tənqidlər almışdır. "GameSpot", "IGN" və "Game Revolution" oyunda orijinal versiyanın teq-timə əsaslanan geympleyinin olmamasına görə pisləmişdir.[8][14][18] "IGN" mütəxəssisi Rendi Nelson qeyd etmişdir ki, "teq-tim döyüşlərinin olmaması "Capcom" şirkətinin "Versus" seriyasının əsas elementlərindən birinin rədd edilməsidir". Bu isə "doğrudan da xüsusi və ya fərqli olmayan" bir videooyunun yaranmasına gətirib çıxarmışdır.[18] "GameSpot" yazıçısı Rayan MakDonald portun aşağı qrafik keyfiyyətinə və animasiyaların zəif kadr tezliyinə görə məyus olduğunu bildirmişdir.[8] Əlavə olaraq, "Game Informer" portalı da kadr tezliyində yavaşlamaya şahid olduğunu qeyd etmiş və bundan şikayətlənmişdir. Edilən tənqidlərə baxmayaraq, resenziya müəllifləri oyunun "X-Men vs. Street Fighter" oyununun tənqidi baxımdan uğursuz olan PlayStation portundan daha yaxşı olduğunu iddia etmişdir.[8][19]
"Marvel Super Heroes vs. Street Fighter" videooyununun sikveli "Marvel vs. Capcom: Clash of Super Heroes" 1998-ci ildə Yaponiya və Şimali Amerika arkada sistemləri üçün buraxılmışdır. Oyun personaj reyestrini "Street Fighter" seriyasından kənara, "Darkstalkers" və "Mega Man" kimi digər "Capcom" videooyun franşizalarına doğru genişləndirmişdir.[20] Videooyunun geympleyi oxşar qalsa da, "Clash of Super Heroes" dəyişkən yardım funksiyasını yığıdırır və onu yeni bir sistem ilə əvəz edir. Videooyun 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation konsoluna portlaşdırılmışdır.[21] Oyunun yüksək dəqiqlikli versiyası "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 konsolları üçün satışa çıxarılmışdır.[22]
<ref>
teqi; GRPS
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; IGNReview
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; GIReview
adlı istinad üçün mətn göstərilməyib