Maya Çiburdanidze

Mayya Çiburdanidze
gürc. მაია ჩიბურდანიძე
Maya Çiburdanidze, 1984
Maya Çiburdanidze, 1984
Ölkə
Doğum adı მაია ჩიბურდანიძე
Doğum tarixi 17 yanvar 1961(1961-01-17)[2][3] (63 yaş)
Doğum yeri
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.500 (fevral 2022)[4]
FİDE nömrəsi 13600036
Dünya çempionluğu (1978-1991)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Vaxtanq Qorqasali" ordeni
SSRİ əməkdar idman ustası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayya Çiburdanidze (gürc. მაია ჩიბურდანიძე; 17 yanvar 1961[2][3], Kutaisi[2]) — Gürcüstanlı şahmat qrosmeysteri, qadınlar arasında 7-ci dünya çempionu (17 yaşında).

1961-ci il yanvarın 17-də Kutaisidə anadan olan Mayya uşaq yaşlarından şahmatla maraqlanmışdır. 8 yaşında ikən qardaşından bu oyunun sirlərini öyrənmişdi. Mayya Kutaisi pionerlər sarayındakı şahmat dərnəyinə gələrkən, onun şahmat bacarığı məşqçi Çiradzenin nəzərindən yayınmadı və onunla ciddi məşğul olmağa başladı.

1972-ci ildə Tbilisiyə köçəndən sonra, Mayyanın şahmat yaradıcılığında dönüş mərhələsi başlandı. Bir ildən sonra şahmat aləmi yeni ulduzun parlamasından xəbər tutdu. Həmin il Tbilisidə SSRİ-Yuqoslaviya görüşü keçirilirdi. Ölkənin güclü şahmatçıları başqa yarışlarda çıxış etdiyindən Yoqoslaviya çempionuna qarşı oyuna Mayya çıxdı. Beynəlxalq usta, çox təcrübəli V.Kalxbrenner 12 yaşlı Mayyaya məğlub olur. Bu yarışda Mayya keçirdiyi 4 görüşü qələbə ilə başa vurdu.

Dünya çempionluğu

[redaktə | mənbəni redaktə et]

Mayya 1978-ci ildə tac uğrunda mübarizədə Nona Qaprindaşvili ilə qarşılaşır.

Matç ərəfəsində hamı dünya çempionunun qalib gələcəyini gözləyirdi. Lakin gənc Mayya daha yaxşı oynayıb beçinci görüşdən sonra üstünlüyü ələ alır və matçda qalib gəlir. Beləliklə, 17 yaşlı Mayya Çiburdanidze şahmat tacına yiyələnir.

O, 1981-ci ildə tac uğrunda mübarizədə çempion adını qoruyaraq, Nana Aleksandriyaya qalib gəlmişdir. Mayya 1991-ci ilin fevralında dünya çempionluğu uğrunda yarışda çinli Xie Juna məğlub olub.[5]

  1. 1 2 Chiburdanidze, Maia // FIDE Ratings and Statistics (ing.).
  2. 1 2 3 4 Чибурданидзе Майя Григорьевна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Maya Chiburdanidze // Encyclopædia Britannica (ing.).
  4. FİDE FIDE Standard Ratings as of 28 February 2022. 2022.
  5. Azər Zeynallı, Pərviz Əliyev, şahmat aləminə səyahət, səh.103 Bakı 1986.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]