McDonnell Douglas MD-11 | |
---|---|
Tipi | Aerobus |
İstehsalçı | McDonnell Douglas, Boeing |
İlk uçuş | 10 yanvar 1990 |
İstismara verilmə tarixi | 20 dekabr 1990 |
İstismarçılar | |
Buraxılış sayı | 200 |
Baza modeli | McDonnell Douglas DC-10 |
Vikianbarda əlaqəli mediafayllar |
McDonnell Douglas MD-11 Amerikan istehsalı, üç мühərrikli, orta-uzun məsafələr üçün nəzərdə tutulmuş geniş gövdəli sərnişin təyyarəsi. DC-10 -dan təkmilləşdirilmişdir. Qanad sxemindəki dəyişikliklər, mühərrikin gücləndirilməsi, tamamilə rəqəmsal pilot kabinəsi strukturu onu DC-10 fərqləndirən bəzi xüsusiyyətləridir.
MD-11 təkmilləşdirmə proqramı 1986-cı ildə başlanılıb. 1976 -cı ildə DC-10 üçün edilən iki dəyişiklik planı buna başlanğıc etmişdir. Bu planda təyyarənin bütün boyu uzadılaraq sərnişin tutumlu artırılmalı idi. 30 dekabr 1986-cı ilə çatdıqda plana uyğyn olaraq təyyarənin 52-si dəqiq 40-ı isə sonradan təhvil verilməsi üzrə 92 sifariş hazır idi. Bular sərnişin, yük və qarışıq kimi üç variantda istehsal olunacaq təyyarə idi.
İlk uçuş 10 yanvar 1990-cı ildə keçirilib. 7 dekabr 1990-cı ilin ilk təyyarə Finnair'e təslim edilmişdir. Lakin uzun uçuşlardaki yanacaq məsələləri səbəbi ilə ləğv edilən sifarişlər şirkəti çətin vəziyyətə saldı və strukturunun dəyişməsinə məcbur olundu.
1997-ci ildə Boeing ilə birləşmə sonrası təyyarənin yük məqsədli istehsalına davam ediləcəyi elan olundu. Lakin 1998 -ci ildə tələb qıtlığı səbəbindən istehsalın başa çatacağı elan olundu. Son iki istehsalı 2000-ci ildə tamamlandı. MD-11 o dövürdəki rəqibləri Boeing 777 , və Airbus A330/A340 -ın gerisində qalmışdı. Bundan əlavə, bu iki motorlu təyyarələrə görə üç mühərrikli təyyarənin texniki xidmət maliyyəti daha yüksək idi.
MD-11 beş model olaraq yığılmışdır.
MD-11 (Sərnişin) |
MD-11CF (Dəyişdirilə bilən karqo) |
MD-11F (Karqo) |
MD-11C (Kombi) |
MD-11ER (Uzun məsafə) | |
---|---|---|---|---|---|
Sərnişin | 410 (1 sinif) 323 (2 sinif) |
410 (1 sinif) 323 (2 sinif) |
n/a | 410 (1 sinif) 214 (2 sinif) |
410 (1 sinif) 323 (2 sinif) |
Maksimum qalxma ağırlığı* | standard: 602,500 lb (273,366 kg) |
standard: 625,000 lb (283,575 kg) |
standard: 610,000 lb (276,769 kg) |
standard: 610,000 lb (276,769 kg) |
630,500 lb (285,990 kg) |
Maksimum eniş ağırlığı | 430,000 lb (195,045 kg) |
471,500 lb (213,872 kg) |
481,500 lb (218,405 kg) |
458,000 lb (207,745 kg) |
481,500 lb (218,405 kg) |
Boş ağırlıq | 283,975 lb (128,808 kg) |
288,296 lb (130,768 kg) |
248,567 lb (112,748 kg) |
283,975 lb (128,808 kg) |
291,120 lb (132,049 kg) |
Maksimum məsafə | 6,840 nm (12,655 km) | Pass: 6,840 nm (12,655 km) Freight: 3,950 nm (7,310 km) |
3,950 nm (7,310 km) | 6,720 nm (12,435 km) | 7,240 nm (13,408 km) |
Maksimum sürət | 0.88 Mach (945 km/h / 520 kt) | ||||
Uzunluq | 200 ft 11 in (61.23 m) Pratt & Whitney mühərriki ilə 201 ft 4 in (61.36 m) General Electric mühərriki ilə | ||||
Qanadın eni | 169 ft 6 in (51.66 m) | ||||
Qanadın sahəsi | 3,648 square feet (339 square meters) | ||||
Hündürlük | 57 ft 9 in (17.60 m) | ||||
Mühərriklər (3x) | Pratt & Whitney PW4460 - 60,000 lbf (267 kN) PW4462 - 62,000 lbf (276 kN) |
Oxşar təyyarələr