Mete Atatüre | |
---|---|
Mete Atatüre | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kayseri, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Elm sahəsi | Kvant fizikası |
İş yerləri |
|
Təhsili |
|
Mühüm layihəsi | işıq səviyyəsinin ölçülməsi |
Mükafatları | 2020 Tomas Yaunq mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Mete Atatüre (türk. Mete Atatüre; d.19 fevral 1975, Kayseri, Türkiyə) — Türk fizik və akademik.
Kembric Universiteti fizika kafedrasının müəllimidir. Kvant fizikası sahəsində çalışır. İşığın dərinliyini daha yaxşı anlamaq üçün araşdırma aparmış Atatüre[4] 2015-ci ildə ölçülməsi qeyri-mümkün hesab edilən "işıq səviyyəsinin ölçülməsi" tətbiqini nəzərdən keçirdi.[5]
1975-ci ildə Kayseri şəhərində anadan olub.[6] 1992-ci ildə Ankara Qazi Anadolu orta məktəbində orta təhsil, 1996-cı ildə Bilkənt Universitetinin fizika fakültəsində ali təhsilini. Boston Universitetinin kvant vizualizasiya laboratoriyasında isə doktorluq təhsilini bitirmiş, dərəcəsini almışdır.[7]
2002-2007-ci illərdə Sürix Federal Texnologiya İnstitutunun kvant fotonikası qrupunda Ataç İmamoğlu ilə birlikdə işləmişdir. 2007-ci ildə Kembric Universitetinin Kavendiş Laboratoriyasında müəllim kimi fəaliyyətə başlamışdır. Kembric Universitetində yaratmış olduğu öz tədqiqat qrupu ilə birlikdə kvant fizikası və gələcəyin texnologiyaları üzərində işləyərkən Atatüte 2011-ci ildə dosent adını almışdır.
2010-2015-ci ilərdə Çin Elmlər Akademiyasının xüsusi dəvətlilər proqramı çərçivəsində elmi məsləhətləşmələr aparan Mete Atatüre İngiltərədə Fizika İnstitutu və Türkiyə Elmlər Akademiyasının üzvüdür. [8]
Professor Mete Atatüre kvant texnologiyalarında "maraqlı tətbiqlər" yaradaraq yarımkeçiricilər və almazlarda kvant optik fenomenlərə novator töhfəsinə görə Tomas Yanq 2020 mükafatını qazandı.
Böyük Britaniya və İrlandiyadakı fiziklər üçün professional qurum olan Fizika İnstitutu tərəfindən verilən illik mükafatlar fərdlər və komandaların fizikaya verdikləri töhfəni qiymətləndirir.[9]