Meşə dələsi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Meşə dələsi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür.
Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir.
Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır. Azərbaycanda ancaq Böyük Qafqazda, daha çox şabalıd, gilas və cökə ilə qarışıq fıstıq-vələs meşələrində qeydə alınmışdır. Nisbətən stabil populyasiyası Zaqatala-Balakən bölgəsindədir.
Ağac koğuşlarında yaşayır. Ağaclara dırmaşarkən pəncələrini 180 dərəcə döndərə bilirlər. Əsas etibarilə, gecələr aktivdir. Qida rasionunun əsasını gəmiricilər (sincablar, süleysinlər, sicanlar və s), quşlar və cücülər təşkil edir. Yayda və payızda, həmçinin, bitki mənşəli yem ilə də (moruq, üzüm, zoğal, palıd qozaları, qoz və s.) qidalanır. Yemə görə yerdəyişmələr edir. Poliqam olub iyul ayında cütləşir. Boğazlıq müddəti 235 günədək çəkir. Doğum may ayında baş verir. Bir nəsildə iki ayadək südlə bəslənən orta hesabla 3-4 bala olur. Cavan balalar payızda sərbəst yaşamağa başlayırlar. 14 aydan sonra cinsi yetkinliyə çatırlar.
Qiymətli xəzdərili heyvan olduğuna görə daima insan tərəfindən təqib olunması, meşəsizləşmə prosesinin mənfi təsiri, Qafqazın daha qədim sakini olan daşlıq dələsi tərəfindən rəqabət.
Böyük Qafqazın cənub ətəklərindəki XMOTƏ-lərdə mühafizə olunur. Yayıldığı XMOTƏ-lərdə mühafizə rejimini gücləndirmək, meşələrin qırılmasının qarşısını almaq, qanunsuz ovlanmasının qarşısını alan tədbirlər həyata keçirmək lazımdır.