Mini Ninjas | |
---|---|
| |
Hazırlayan | IO Interactive |
Yayımlayan |
Eidos Interactive Warner Bros. (USA)[1] |
Distribüterlər | Square Enix, Steam |
Anons tarixi | 19 yanvar 2009 |
Buraxılış tarixi |
8 sentyabr 2009 (Şimali Amerika)[2] 11 Sentyabr 2009 (Avropa) |
Janrlar | Ekşn-macəra |
Yaş reytinqləri | ESRB: E10+ |
Dizaynerlər | Ceremi Petremən, Henrik Hansen |
Bəstəkarlar | Peter Sverri |
Texniki məlumat | |
Platformalar | Xbox 360, Nintendo DS, Wii, PlayStation 3, Microsoft Windows |
Mühərriklər | Glacier Engine |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[3], fransız dili[3], alman dili[3], italyan dili[3], ispan dili[3] |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | Qeympad, klaviatura və maus |
Rəsmi saytı |
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun.
Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır.[4] Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur.[5]
Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir.[6] The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir.
Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.