Mira | |
Mira | |
---|---|
Μύρα | |
| |
36°15′33″ şm. e. 29°59′07″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | Antalya |
Salınma tarixi | E.ə. II əsr |
Banisi | məlum deyil |
Müasir yeri | Antalya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mira — bugünkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur.
Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi.
Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar. Zeus, Athena və Tikeyə də tapılmışdır. Likiya və Roma dövrlərinə aid olan şəhərin xarabalarının çoxu allüvial tortuların altındadır. Antik teatrın üstündəki dağda olan akropol böyük ölçüdə təxrib olmuşdur. Teatrın yaxınlığında hamam və bazilika ola biləcək gec dövr qalıqları görülməkdədir. Açıq hava teatrı 141-ci ildə bir zəlzələdə yıxılmış lakin daha sonra təkrar inşa edilmişdir.
Mirada iki Likiya Nekropolu vardır, bunlar teatrın üzərindəki qayalıqdan və onun şərqində çay Nekropolu olaraq adlandırılan bölgədə toplanmışdır. Qaya məzarlarının çoxu uzaqdan böyük bir ev kimi görünərlər, bəziləri də məbəd şəklindədir. Çay nekropolunun ən diqqət çəkən məzarı səyyah Charles Fellovsın 1840-ci ildə qaya məzarlarını gördüyü zaman hələ qırmızı, sarı, mavi və bənövşəyi rəngləri seçə bildiyini söylədiyi "Şəkilli məzar" dır, indiki vaxtda bu rənglər görülmür, yalnız qırmızı və mavi rənglərdən izlər vardır. Bu məzarda digər bir diqqət çəkən şey gerçək ölçülərdə qabartma şəklində düzəldilmiş on bir insan figurudur. Myralılar limanları Andriakeyi quldurların basqınlarına qarşı qorumaq üçün çayın ağzına zəncir çəkmişlərdi.
Bu zəncir e.ə. 42-ci ildə Marcus Junius Brutus tərəfindən pul yığmaq məqsədiylə Miraya göndərilən komandir Lentulus Spinther tərəfindən şəhərə girilərkən qırılmışdır.
Xristianlığın ilk zamanlarında Mira Likiyanın metropolu idi. Santa Paul 60-cı ildə Romaya gedərkən limanında gəmi dəyişdirir. Hal-hazırda Milad Baba olaraq da bilinən Santa Klaus IV əsrdə Miranı piskoposluğunu edirdi. 408- 450-ci illər arasında imperatorluğun başında olan II Teodosius zamanında Santa Klaus Mirada baş piskoposluk etdiyi və Miranı Likiyanın paytaxtı olduğu bilinməkdədir.
809-ci ildəki mühasirədən sonra Mira Abbasi xəlifəsi Harun ər-Rəşidin əmri altındakı birliklər tərəfindən ələ keçirildi. Bu hadisəni təqib edən illərdə şəhər geriləmə dövrünə girdi. 1034-ci ildə ərəblər tərəfindən dənizdən edilən hücumlar nəticəsində Noel Baba kilsəsi zərər görmüşdür. I Aleksios Komnenos dövrünün (1081 - 1118) başlarında, Mira bu dəfə Səlcuqlular tərəfindən ələ keçirildi. Qarışıqlıqdan faydalanan Barili dənizçilər kilsədəki rahiblərin etirazlarına baxmayaraq Santa Klausun sümüklərini 20 aprel 1087-ci il tarixində alıb 9 may 1087-ci ildə tarixində Bariyə gətirdilər.
Mirada Santa Klaus kilsəsi ilk olaraq VI əsrdə Santa Klausun xatirəsinə tikilmişdir. Günümüzdəki kilsə təməl olaraq VIII əsrdən etibarən inşa edilmişdir. XI əsrin ikinci yarısında bir monastır əlavə edilmişdir. 1863-ci ildə Rus çarı II Aleksandr binanı və ətrafındakı bölgəni Osmanlı dövlətindən satın aldı və bərpa işlərinə başladı, lakin daha sonra Osmanlı dövləti bölgəni və kilsəni geri götürüb Ruslara yalnız bərpa etmə icazəsi vermişdir. Bərpa işləri kilsənin əslini pozacaq qədər pis edilmişdir və 1876-cı ildə bu gün də görülə bilən zəng qülləsi əlavə edilmişdir. 1963-ci ildə kilsənin şərq və qərb hissələri torpaq altından çıxardıldı. 1968-ci ildə Santa Klausun 1087-ci ildə məhv edilən qəbri ortaya çıxarıldı.
Mira Andriake Kazıları Resmi İnternet Sayfası [1]