Mustafa Akkad | |
---|---|
ərəb. مصطفى العقاد | |
Doğum adı | Moustapha Al Akkad |
Doğum tarixi | |
Doğum yeri | Hələb, Suriya |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Amman, İordaniya |
Vəfat səbəbi | terror qurbanı |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1962–2003 |
Təhsili | |
IMDb | ID0002160 |
Vikianbarda əlaqəli mediafayllar |
Mustafa Akkad (ərəb. مصطفى العقاد, ing. Moustapha Akkad; 1 iyul 1930[1][2], Hələb – 11 noyabr 2005[3][1][…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri.
Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır.
Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur. Film daha çox döyüş səhnələri ilə diqqəti cəlb etmişdir. Mustafa Akkad ömrünün son 10 ilini Səlahəddin Əyyubinin həyatı haqqında çəkəcəyi film üçün sponsor axtararaq keçirmişdir. Mustafa Akkad 11 noyabr 2005-ci ildə İordaniyada "Grand Hyatt" mehmanxanasının bombalanması nəticəsində qızı Rimma ilə birlikdə həlak olmuşdur[4].