Mutsuhiro Vatanabe | |
---|---|
yap. 渡邊睦裕 | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Quş |
Doğum tarixi | |
Vəfat tarixi | (85 yaşında) |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya İmperator ordusu |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Xidmət illəri | 1941–1945 |
Rütbəsi | Serjant |
Döyüşlər | İkinci dünya müharibəsi |
Mutsuhiro Vatanabe (yap. 渡邊睦裕, 1 yanvar 1918 – 1 aprel 2003) və ya məhkumların ona verdikləri ləqəblə Quş – Yaponiya İmperator ordusu mənsubu.
İkinci dünya müharibəsində Omori, Naoetsu (hazırda Coetsu), Niiqata, Mitsuşima (hazırda Hiraoka) və Yamakitada əsir düşərgələrində xidmət vermişdir. Yaponiyanın İkinci dünya müharibəsində məğlub olmasından sonra əsirlərə pis davrandığı üçün ABŞ tərəfindən müharibə cinayətkarı elan edilmiş, lakin qaça bilmiş və heç vaxt məhkəmə qarşısına çıxmamışdır.
Əsirlərindən biri ABŞ atleti və olimpiada iştirakçısı Lui Zamperini olmuşdur. Onun hekayəsi Laura Hillenbrand tərəfindən yazılmış "Sınmaz: Sağ qalmanın, dayanıqlığın və islahın İkinci dünya müharibəsi hekayəsi" adlı kitabında nəql olunur (bu kitab əsasında Ancelina Coli tərəfindən film adaptasiyası çəkilib). Zamperini qeyd etmişdir ki, Vatanabe tez-tez əsirləri döyür, onlarda ciddi yaralanmalara səbəb olurdu. Deyilənlərə görə Vatanabe bir rəsmini qışda 4 gün boyunca fundonşi ilə gəzməyə məcbur etmiş, 65 yaşlı əsiri isə günlərlə ağaca bağlanmış vəziyyətdə saxlamışdır. Lauranın kitabına görə Vatanabe fransız dilində axıcı şəkildə danışa bilirmiş və nihilizm fəlsəfəsinin fransız məktəbi ilə maraqlanırmış.
1945-ci ildə general Duqlas Makartur Vatanabeni Yaponiyada ən çox axtarılan 40 müharibə cinayətkarı siyahısında 23-cü yerdə göstərmişdir.[1] Buna baxmayaraq gizlənə bilmiş və heç vaxt mühakimə olunmamışdır. 1952-ci ildə əfv olunmuşdur.[1] 1956-cı ildə "Bungeishunjū" ədəbi jurnalına verdiyi müsahibə "Mən Amerika tərəfindən mühakimə olunmaq istəmirəm" başlığı altında nəşr olunmuşdur. Daha sonra sığorta işçisi olmuş və varlanmışdır.
1998-ci ildə Naqano şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarından öncə CBS News verilişi "60 Minutes" Tokiodakı Okura otelində Vatanabedən müsahibə almışdır. Veriliş 81 yaşını qeyd etmiş və Olimpiya məşəlini əsir kimi saxlandığı Naoetsudan Naqanoya daşımış Lui Zamperiniyə həsr olunurdu. Müsahibədə Vatanabe əsirləri döydüyünü etiraf etmiş, lakin peşman olmadığını bildirmişdir: "Mən onlara Yaponiyanın düşmənləri olaraq ciddi şəkildə davranırdım". Zamperini onunla görüşməyə cəhd etmiş, lakin Vatanabe bundan imtina etmişdir.
Vatanabe 1 aprel 2003-cü ildə vəfat etmişdir.
Laura Hillenbrand tərəfindən 2010-cu ildə yazılmış "Sınmaz: Sağ qalmanın, dayanıqlığın və islahın İkinci dünya müharibəsi hekayəsi" adlı kitabında Vatanabenin hekayəsi nəql olunur.[2] 1948-ci ildə Alfred Veynşteynin "Tikanlı tellər cərrahlığı" adlı memuarında onun da adı xatırlanır. 2014-cü ildə Lauranın kitabı əsasında "Sınmaz" adlı film adaptasiyası çəkilmişdir. Vatanabe rolunu yapon musiqiçi Miyavi oynamışdır.[3]