Napoleon Orda | |
---|---|
belar. Напалеон Орда | |
Doğum tarixi | 11 fevral 1807[1][2][…] |
Vəfat tarixi | 26 aprel 1883[3][1][…] (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, bəstəkar, pianoçu |
Təhsili | |
Janr | peyzaj |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[1][2][…] – 26 aprel 1883[3][1][…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim.
O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur.[4]
Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular.[5][6]
Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi.[5]
Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı.
İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu.
1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı.
1831-ci il qiyamında fəal iştirak etdi, buna görə "Virtuti Militari" ordeni xaçına layiq görüldü və kapitan rütbəsini aldı.
1833-cü ildə üsyan yatırıldıqdan sonra Napoleon Orda evini tərk etmək və saxta adla Paris şəhərinə mühacirət etmək məcburiyyətində qaldı. Mühacirət zamanı Avstriyada, İsveçrədə və İtaliyada yaşadı və 1833-cü ilin sentyabr ayında Fransada mühacir statusu aldı və Parisdə qaldı. Bu dövrdə onun yaradıcılığının əsas prioritetlərinin musiqi və rəsm olduğu müəyyənləşdi.
Həyatının Paris dövrü Napoleon Ordaya Avropa ziyalılarının geniş dairələrində şöhrət qazandırdı. O, Ferents List, Coakkino Rossini, Cuzeppe Verdi, Şarl Quno, Hektor Berlioz, Ono de Balzak, Anri Stendal, Polina Viardo və İvan Turqenyev kimi görkəmli şəxslərlə tanışlıq əldə etmişdir. Frederik Şopen ilə birlikdə Plyaterlər və Çartorıskilər ailələrinin evlərində axşamlar musiqi çalmaqla vaxt keçirirdilər. O, Adam Mitskeviçin siyasi improvizələrini fortepiano ilə müşayiət edərək ədəbi məclislərdə iştirak edirdi.[7]
1833-cü ildən memarlıq mənzərəsi ustası Pyer Jerarın studiyasında rəsm sənətinə yiyələnirdi. Fransa, Avstriya, Şotlandiya, Belçika, Niderland, İspaniya, Portuqaliya və Şimali Afrikaya səyahət edərək, əsasən şəhər mənzərələrini çəkirdi.
1847-ci ildən etibarən Parisdəki İtalyan Operasının inqilab dövründə bağlanmasına qədər direktoru idi. Böyük Polşa mühacirəti adlanan prosesin fəaliyyətində fəal iştirak edirdi. 1856-cı ildə II Aleksandr qiyam iştirakçıları üçün əfv fərmanını imzaladıqdan sonra vətəninə döndü. 1856-cı ildən Pinskdə yaşadı. 1862-ci ildə Volına köçdü və general Adam Rjevuskinin dəvəti ilə evdə musiqi dərsləri verirdi.
İlk rəsmləri 1840-cı ilə aiddir. 1872-ci ildən etibarən illik yay səyahətlərində sistematik olaraq Voliniyanın görməli yerlərini çəkirdi, daha sonra 1875—1877-ci illərdə eynisini Belarus, Litva, Jmudi və Liflyandiyada təkrarladı, 1878—1880-də isə Qalisiya, Şərqi Prussiya və Polşa çarlığında etdi. Napoleon Ordanın ümumi rəsm kolleksiyası 1150-dən çox mənzərə şəklindən ibarətdir.[8]
Napoleon Orda Varşavada vəfat etmişdir. Vəsiyyətinə görə, Yanovda ailə sərdabasında dəfn edildi.
O, polonez, mazurkalar, valslar, noktürn müəllifidir. "Grammaire analitique et pratique de la langue polonaise a l’usage des Français" ("Fransızlar üçün polyak dilinin qrammatikası" Paris, 1856; Berlin, 1858, düzəliş edilmiş - Varşava, 1874) əsərini tərtib etmişdir, "Album dzieł kompozytorów polskich", "Gramatyka muzyki" ("Musiqi qrammatikası") və Qrodno, Vilna, Minsk, Kovensk, Volın, Podolsk və Kiyev vilayətlərinin mənzərələr albomunu nəşr etmişdir, sonuncuları o, səyahətlər zamanı yaratmışdır.
Ordanın hər əsərində bir ortaq kiçik detal var, sanki insanlar sərbəst və ya qəsdsiz təsvir olunublar. Rəssamın yaradıcılıq və həyat kredosu bu sözlər idilər: "Bir ovuc torpaq daşıyan belə bir dağı təpə şəklinə sala bilər". Rəssamın adı və yaradıcılığı Belarusda və Polşada yaxşı tanınır. Rəsmlərinin ayrıca albomları, əsərlərinin kataloqları nəşr olunmuşdur.
Bizim dövrümüzə qədər rəssamın Ukraynanın memarlıq mənzərələrini əks etdirən 177 əsəri gəlib çatmışdır.
Rəsmləri aşağıdakı obyektlərin bərpa layihələrinin hazırlanması zamanı istifadə edilmişdir: