Nataşa Rostova

Nataşa Rostova
rus. Наташа Ростова
Hərb və Sülh obrazı
Pyer Bezuxov (Aleksandr Beyer) və Nataşa Rostova (Klemans Poezi)
Yaradan Lev Tolstoy
Canlandıran Odri Hepbern, Moraq Hud
Məlumat
Cinsi qadın
Həyat yoldaşı
Milliyyəti rus

Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı.

Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir. Lakin həmin müddət ərzində Naşaşa Anatol Kuragin tərəfindən yoldan çıxarılır və onunla qaçmaq istəyir. Bunu öyrənən Andrey çox qəzəblənir. Qaçmaq planı boşa çıxan Nataşa isə ağır stress keçirir və xəstələnir.

Napoleonun Rusiyaya yürüşü zamanı Moskvanı tərk edən ailələr arasında Rostovlar da olur. Onlar yaralı hərbiçilərin aparılmasına kömək edirlər və Nataşa Andreyin də həmin yaralılar arasında olduğunu öyrənir. Bundan sonra Nataşa bütün vaxtını Andreyə qulluq edərək keçirir.

Fransız ordularının Moskvanı işğal etməsindən sonra Nataşa yenidən Mariya ilə görüşür və onlar birlikdə Andreyə ölənə kimi qulluq edirlər. Fransızların Moskvanı tərk etməsindən sonra, ailəsiylə birgə şəhərə qayıdan Nataşa burada Pyerlə yenidən görüşür. Onlar evlənirlər və dörd uşaqları olur.

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat Ensiklopediyasında (The Encyclopedia of Literature) qeyd edilir ki, “şübhəsiz, Nataşa Tolstoyun ideal qadın obrazıdır.”[1] Akademik Amerika Ensiklopediyasında (The Academic American Encyclopedia) isə bu obraz “impulsiv və özünə inamlı insan” kimi təsvir edilir.[2]

Nataşa obrazı filmlərdə və seriallarda ən çətin canlandırılan obrazlardan biridir. Çünki romanda Nataşa 13 yaşlı yeniyetmə qızdan 28 yaşlı dörd uşaq anası olan xanıma kimi inkişaf etdirilir. Bununla belə həmin obraz dəfələrlə müxtəlif aktrisalar tərəfindən uğurla canlandırılmışdır.

1956-cı ildə Kinq Vidorun çəkdiyi “Hərb və sülh” filmində Nataşa obrazı Odri Hepbern tərəfindən canlandırılmışdır. Həmin roluna görə aktrisa Ən Yaxşı Britaniya aktrisası nominasiyasında BAFTA Mükafatına və Dramada Ən Yaxşı Aktrisa nominasiyasında Qızıl Qlobus Mükafatına layiq görülmüşdür. Sonralar, Harlou Robinson yazımışdı ki, Hepburn “Nataşa obrazını vizual olaraq tamamlamışdı.”[3]

Daha bir yaddaqalan canlandırma isə BBC-nin 1972-ci ildə çəkdiyi miniserialda Entoni Hopkinslə birgə rol almış Moraq Huda məxsusdur.[4] Sergey Bondarçukun uğurlu adaptasiyasında isə Nataşa obrazı Lüdmila Savelyeva tərəfindən canlandırılmışdır. Bu adaprasiyada çəkilişlər o qədər uzanmışdır ki, Savelyeva həqiqətən də, yeniyetmə qızdan gənc xanıma kimi böyümüşdür.[5]

  1. Joseph Twadell Shipley, Encyclopedia of Literature (Philosophical Library, 1946), 833 Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine.
  2. Academic American Encyclopedia (Aretê Pub. Co., 1980), 25.
  3. Harlow Robinson, Russians in Hollywood, Hollywood's Russians: Biography of an Image (UPNE, 2007), 163 Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine.
  4. The Annual Register; World Events: World Events (St. Martin's Press, 1973), 449 Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine.
  5. Kenneth White Munden, The American Film Institute Catalog of Motion Pictures Produced in the United States (University of California Press, 1971), 1191 Arxivləşdirilib 2013-10-09 at the Wayback Machine.