Neoosmançılıq

Yeni Osmançılıq və ya NeoosmançılıqTürkiyənin Osmanlı İmperiyasının dini, mədəni və siyasi irsini sahiblənməsi lazım olduğunu müdafiə edən bir ideologiya.

1974-cü ildə Türk ordusunun Kiprə getdiyi və üçdə birini nəzarət altına alması ilə Türklərin adaya hücumlarından sonra yunanların ortaya atdığı bir nəzəriyyədir. Yeni Osmanlıçılıqdan xüsusilə Türkiyə Respublikası köhnə baş naziri Əhməd Davudoğlunun xarici siyasətinə bağlı bir ad olaraq ortaya çıxmışdır. Davutoğlu, bu məsələ qarşı Yeni Osmanlıçılıq kimi bir siyasətinin olmadığını bildirdi[1]. Lakin "Dərin Strateji Dərinlikdə" adlı kitabında Davudoğlu Yeni Osmanlılığı Turqut Özalın xarici siyasəti ilə əlaqələndirir və bunu diplomatik bir yenilik adlandırır. Buna görə Davudoğlu bu termini özü qəbul etdi[2] .

Yeni Osmanlılıq addımları

[redaktə | mənbəni redaktə et]

Turgut Özal hökumətinin izlədiyi siyasət Yeni Osmanlılığın ilk addımları olaraq şərh edilə bilər. 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra bu fikir yenidən gündəmə gəlmiş, 2009-cu ildə, Türkiyənin xarici siyasətinin arxasında duran ən nüfuzlu şəxslərdən biri olan Yeni Osmançılığın müdafiəçilərindən biri olan Əhməd Davudoğlu, Türkiyənin xarici siyasətinin bu istiqamətdə gedəcəyi təəssüratı yaratdı. Əhməd Davudoğlu, İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını nümunə göstərərək, Türkiyənin də Osmanlı Millətlər Birliyi qura biləcəyini açıqlamışdır[3]. Bundan başqa Davudoğlu, 25 Aprel 2011-ci ildə Çanaqqalada "Bizdən qoparılan Dünya bizimlə təkrar birləşsin. Türkiyə qarşımızdakı 12 il ərzində dünya dövləti olacaq" şəklində şərhlər etdi. Davudoğlu, Osmanlı İmperiyasından qoparılan torpaqların sülh və sabitliyə qovuşmasını istədiyini bildirdi[4] . Türkiyənin qabaqda gələn tarixçilərindən İlber Ortaylı isə, Milliyyət qəzetində Yeni Osmanlıçılıq mövzusuyla əlaqədar bir məqalə nümayiş etdirmiş, bəzi ölkələrdə Türkiyənin şişirdilmiş şəkildə "neoosmanlı" deyə təsvir normal olduğunu amma Türkiyənin imperiya xəyalları qura biləcək vəziyyətdə olmadığını ifadə etmişdir[5] .

Türk hökuməti ilə diplomatik gərginliklər yaşayan Suriya dövlət başçısı Bəşər Əsəd, Türkiyənin siyasəti ilə əlaqədar olaraq "Türkiyədə bəziləri hələ Osmanlı İmperatorluğunu yenidən qurma yuxusunda, Türk liderləri bu xəyalın mümkün olmadığını bilirlər və buna görə də dini gündəm olan partiyalardan istifadə edərək ərəb dünyasında nüfuzlarını artırmaq istəyirlər" şəklində açıqlama vermişdir[6] . İddia olunan cərəyan mediada da əks olunur. Yanvar 2011-ci ildə bəri yayım həyatına başlayan və Sultan Süleyman dövrünü izah edən Möhtəşəm Yüzil serialıyla böyük büdcəli Türk filmi Fətih 1453'ün vizyona girməsinin ardından, İstanbul Şərq İnstitutu tarixçilərindən Alesandr Tomarkin, 1453 fəthinin Türkiyənin özünü yenidən göstərməyə başlamasıyla üst-üstə düşdüyünü düşünərək, "İçinə qapalı bir ölkə mövqesindən, xaricə dönük bir ölkə mövqesinə keçən günümüz Türkiyesinin güc xəyalları, hücuma söykənən diplomatiyası, bir zamanlar böyük bir imperatorluq olduğu düşüncəsiylə çox uyğun. İstanbulun mühasirəsinə dair bu hekayə, İslamçıların milli tarixə gətirdiyi yeni şərh ilə üst-üstə düşür" şərhini qeyd etmişdir. Suriya Dövlət Başçısı Bəşər Əsəd, Türkiyədə bəzilərinin Osmanlı İmperatorluğuna qayıtmağının xəyalini qurduğunu söylədi[7] .

  1. "I am not a neo-Ottoman, Davutoğlu says". 25 Kasım 2009. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  2. Kubilay Yado Arin: The AKP's Foreign Policy, Turkey's Reorientation from the West to the East? Wissenschaftlicher Verlag Berlin, Berlin 2013. Suche/9783865737199[ölü keçid] ISBN 9783865737199.
  3. "Davutoğlu'nun Hayali Osmanlı Milletler Topluluğu". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  4. Ahmet Davutoğlu: "12 yıl içinde Cihan Devleti Olacağız" Arxivləşdirilib 2020-10-10 at the Wayback Machine Yayıncı: TGRT Haber, Yayın tarihi: 25 Nisan 2011, Youtube
  5. "Yeni Osmanlıcılık". 2015-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  6. "Suriye Devlet Başkanı Beşşar Esad, Türkiye'de bazılarının Osmanlı İmparatorluğu'na dönmenin hayalini kurduğunu söyledi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  7. ""Fetih 1453'e duyulan ilgi Osmanlı Çılgınlığı'nın göstergesi"! (Alıntı: Le Figaro)". 2012-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.