Nort Vest Keyp

Nort Vest Keyp
Yerləşməsi
22° c. e. 114° ş. u.HGYO
Akvatoriya Hind okeanı
Ölkə  Avstraliya
Nort Vest Keyp xəritədə
Nort Vest Keyp
Nort Vest Keyp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada.

Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır.

İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C[1]. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq[2] flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.

Yarımadanın qərbində, Eksmutdan 40 km aralıda Keyp Reync Milli parkı yerləşir (ing. Cape Range National Park). Nort Vest Keyp yaxınlığımnda yerləşən Ninqaloo dəniz parkı (ing. Ningaloo Marine Park) eyni adlı rifi əhatə edir. Bura YUNESCO Ümumdünya irsi siyahısına daxildir.

Mayak.

Yarımada ilk dəfə avropalılar tərəfindən 1618-ci ildə qeydə alınmışdır[3]. 1801-ci ildə yarımadanın yerləşdiyi ərazidə fransız səyyah Nikolya Boden olmuşdur. 1818-ci ildə isə yarımçadanı ingilis Filip Parker Kinq ziyarət edərən ona müasir adını vermişdir[3]

1876-ci ildə yarımada otlaq olaraq iltizama verilir. burada bu zaman ilk dəfə mirvari çıxarılmağa başlanılır. 19111912-ci illərdə yarımadada iki mayak inşa edilir. 1912-ci ildən isə Balina ovu üçün baza fəaliyətə başlayır. Baza 1957-ci ilə qədər fəaliyyət gösrtərir.

1942-ci ildə yarımada rayonu ərazisində Sualtı qayıqlar üçün amerikan hərbi bazası təşkil edilmişdir. Baza 1945-ci ilə qədər fəaliyyət göstərmişdir. Limportda olan hərbi hava limanı bu gündə istifadə edilir[4].1943-cü ildə rayon yapon bonbardımanına məruz qalmışdır.

1953-cü ildə yarımadad ilk neft buruğu qazılır. 1962-ci ildə isə Avtraliya və ABŞ hökumətləri yarımadada kommunikasiya stansiyası tikmək haqqında razılığa gəlirlər. Artıq 1967-ci ildən açılan stansiya 1992-ci ilə qədər hər iki ölkənin hərbi qüvvələrinə xidmət etmişdir[5]. Hazırda «Boeing Australia» şirkətinə xidmət edir.[5]

Yarımadfa Eksmut özünü idarə rayonuna daxildir. Burada 2006-cı il məlumatına görə 2063 nəfər yaşayır[6]. Ən böyük yaşayış məntəqəsi Eksmutdur (1844 nəf[7]).

  1. "Weather Natural Environment" (ingilis). Shire of Exmouth. 2012-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2009.
  2. "Cape Range Trail" (PDF) (ingilis). Western Australia. 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 января 2009.
  3. 1 2 "History" (ingilis). Shire of Exmouth. 2012-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2009.
  4. "What's in a Name" (ingilis). Shire of Exmouth. 2012-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2009.
  5. 1 2 "Communications Station" (ingilis). Shire of Exmouth. 2012-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2009.
  6. "2006 Census QuickStats : Exmouth (S) (Local Government Area)" (ingilis). Australian Bureau of Statistics. 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2009.
  7. "2006 Census QuickStats : Exmouth (Urban Centre/Locality)" (ingilis). Australian Bureau of Statistics. 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2009.