Oleq Falzer | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Nyu-York, ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Fəaliyyət illəri | 1966-1998 |
Oleq Falzer — bəstəkar.
1966-cı ildə ADK-nı (Cövdət Hacıyevin bəstəkarlıq sinfi üzrə) bitirmiş və “Musiqi nəzəriyyəsi” kafedrasında çalışmışdır. Yaradıcılığında kamera janrlarına üstünlük vermiş, solo alətlər — viola, orqan, arfa və fortepiano üçün sonatalar, “Azərbaycan kvarteti”, İ.Takubokunun sözlərinə “5 tanka” və s. əsərləri bəstələmişdir. 1989-cu ildə O.Felzer ABŞ-yə köçmüş və burada fəaliyyətini davam etdirmişdir.
Onun “Zabul simfoniyası” 1993-cü ildə bəstələnmişdir. Bəstəkarın Azərbaycana mənəvi bağlılığını ifadə edən bu əsər “Zabul” muğamının mövzuları əsasında müasir bəstəkarlıq texnikası ilə yaradılmışdır. Əsər ilk dəfə 1996-cı ildə ABŞ-də (dirijor J.Sachs), Bakıda isə ölümündən sonra ilk dəfə 2008-ci ildə (dirijor V. Runçak) səsləndirilmişdir.