One-Punch Man (ワンパンマン,Wanpanman?, azərb. Vanpançmen və ya azərb. Tək yumruq-adam) — 2009-cu ilin əvvəllərindən manqaka One[4] tərəfindən yaradılıb yayımlanan veb-komiks.[5] Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir.[6]"One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır.[7][8]
Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır.[5]Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır.[9]Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada2015-ci ilin oktyabrındandekabrına qədər yayımlanmışdır.[10][11][12] İkinci mövsümü anons edilmişdir.[13] 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.[14]
Yaponiyada yerləşən uydurma Z şəhəri metropolisi, o cümlədən, bütün dünya müəmmalı və fəlakətlərə səbəb olan bədheybətlərlə doludur. Buna görə dünyanın müxtəlif superqəhrəmanları onlara qarşı döyüşürlər. Hekayənin baş qəhrəmanı Saytama dünyanın ən güclü superqəhrəmanıdır. O qədər güclüdür ki, istənilən bədheybəti və ya supercinayətkarı bir yumruqla öldürə bilər. Buna baxmayaraq ağlasığmaz gücünə görə Saytama sıxılır və ona qarşı daha yaxşı müqavimət göstərə bilən güclü rəqiblər axtarmağa çalışır.
Saytama superqəhrəman kimi müxtəlif superqəhrəmanlarla və supercinayətkarlarla qarşılaşır. Tezliklə kiborq olan Qenosu şagird kimi qəbul edir və rəsmi tanınma əldə etmək üçün Qəhrəmanlar Assosiasiyasına qatılır. Qəhrəmanlar Assosiasiyasının top üzvlərinin belə məğlub edə bilmədiyi çox güclü bədheybətləri məğlub etməsinə baxmayaraq Saytama hörmət qazanmağa çalışır. Bəzi insanlar Saytamanı fırıldaqçı superqəhrəman olmaqda günahlandırırlar. Ancaq çox az adam onun bacarığını və təvazökarlığını dərk edir.
One"One-Punch Man"-i 2009-cu ildə veb-komiks şəklində yayımlamağa başlamışdır.[5]2018-ci ilin mayına qədər veb-komiksin 134 fəsli buraxılmışdır.[15] Veb-komiks populyarlıq əldə etdikdən sonra (2012-ci ilin iyununda 7,9 milyon baxış əldə etmişdir) Yusuke MurataOne ilə müqavilə bağlayaraq manqanı çəkməyə və Shueisha nəşriyyatı tərəfindən nəşr olunan "Weekly Shonen Jump" jurnalının "Young Jump Web Comics" (となりのヤングジャンプ,Tonari no Yangu Janpu?)spin-off manqa saytı vasitəsilə yayımlamağa nail olmuşdur.[5][6][7] İlk fəsil 14 iyun2012-ci ildə nəşr olunmuşdur.[6]2015-ci ilin avqustunda buraxılmış 9-cu cildə Drama CD daxil edilmişdir.[16]
21 yanvar2013-cü ildə remeyk manqası Viz Media-nın "Weekly Shonen Jump" (əvvəllər "Shonen Jump Alpha") saytı vasitəsilə Şimali Amerikada yayımlanmağa başlamışdır.[9] İlk rəqəmsal cild 2014-cü ilin fevralında buraxılmışdır.[17]"One-Punch Man"ComiXology-də mövcud olan bir neçə seriyadan biridir (2014-cü ilin iyununda).[18]2015-ci ilin sentyabrında manqa çap şəklində Şimali Amerikada buraxılmağa başlamışdır.[19]
10 mart2015-ci ildə "Weekly Young Jump" jurnalının 15-ci buraxılışında anime adaptasiyası anons edilmişdir.[10] Anime serialı Şinqo Natsumenin rejissorluğu və Tomohiro Suzukinin ssenaristliyi ilə Madhouse studiyası tərəfindən çəkilmişdir.[20] Baş animasiyaçı və personaj dizayneri Çikaşi Kubota,[21] bəstəkar Makoto Miyazaki, dizaynerlər Şiqemi İkeda və Yukiko Maruyama olmuşdur. Ken Haşimoto rəng rəssamı, Akane Fuşihara fotoqrafiya rejissoru, Kaşiko Kimura redaktor və Şoci Hata səs dizayneri olmuşdur.[21] Açılış mahnısı JAM Project tərəfindən ifa olunan "The Hero!! ~Ikareru Ken ni Honō o Tsukero~" (THE HERO!! ~怒れる拳に火をつけろ~?, azərb. "Qəhrəman!! Şiddətli yumruğu alova vermək) mahnısı, bağlanış mahnısı Hiroko Moriquçi tərəfindən ifa olunan "Hoshi Yori Saki ni Mitsukete Ageru" (星より先に見つけてあげる?) mahnısıdır.[21]
"One-Punch Man"Yaponiyada5 oktyabr2015-ci ildən 21 dekabr2015-ci ilə kimi TV Tokyo vasitəsilə, növbəti tarixlərdə isə TVO, TVQ, KBS, BS Japan və AT-X vasitəsilə yayımlanmış və 12 seriya davam etmişdir.[21][22] Anime Niconico, Hulu, Daisuki və Viz Media-nın Neon Alley xidməti vasitəsilə də nümayiş etdirilmişdir.[23] Anime ilk baxış 6 sentyabr2015-ci ildə Saytama Şəhəri Mədəniyyət Mərkəzində baş tutmuşdur.[23]Viz Media animeni Şimali Amerika, Kaze UKBöyük Britaniya, Madman Entertainment isə Avstraliya və Yeni Zelandiya üçün lisenziyalaşdırmışdır.[24][25][26]4 dekabr2015-ci ildə manqanın 10-cu cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.[27] Mövsümün əlavə OVA seriyaları mövsümün Blu-ray Disc & DVD cildləri ilə buraxılmışdır. İlk Blu-ray Disc & DVD cildi 24 dekabr2015-ci ildə buraxılmışdır.[28][29][30]
İkinci mövsüm 2016-cı ilin sentyabrında anons edilmişdir.[31] İkinci mövsüm bu dəfə J.C. Staff studiyası tərəfindən çəkiləcək, Çikara Sakuray yeni rejissor Yoşikazu İvanami yeni səs rejissoru olacaq.[32] 12 avqust 2018-ci ildə ikinci mövsümün 2019-cu ilin aprelindən yayımlanacağı anons edilmişdir.[33][34]
Anime Boston 2016 tədbirində Viz Media animenin ingiliscə dublajı üzərində işlədiklərini bildirmişdir.[35]1 iyul2016-cı ildə Toonami-nin Anime Expo panelində animenin 16 iyul2016-cı ildən Toonami-də yayımlanacağı açıqlanmışdır.
Manqanın 2013-cü ilin noyabrında çapda 2,2 milyon nüsxəsi,[36]2014-cü ilin aprelində 3,2 milyon nüsxəsi,[37]2014-cü ilin noyabrında 4,5 milyon nüsxəsi var idi.[38] Manqa seriyası 2014-cü ildə 7-ci illik Manqa Tayşo mükafatının 10 nominantlarından biri olmuşdur.[39]2017-ci ilin iyuluna qədər manqanın 13 milyon nüsxəsi nəşr olunmuşdur.[40] 4 aprel 2018-ci ilin məlumatına görə manqanın dövriyyədə 15 milyon nüsxəsi mövcuddur.[41]
ABŞ-da buraxılmış birinci və ikinci cildlər "New York Times" qəzetinin ən yaxşı satan manqalar siyahısında 1-ci və 2-ci yerlərdə debüt etmiş və bu yerlərdə 2 həftə qalmışdır.[42] Üçüncü həftədə birinci cild ikinci yerə düşmüş,[42] ikinci cild isə ümumiyyətlə siyahıya düşməmişdir.[42] Manqa 2015-ci ildə Aysner mükafatı üçün namizəd göstərilmişdir.[2][43]