Opatiya | |
---|---|
Opatija | |
45°20′05″ şm. e. 14°18′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 051 |
Poçt indeksi | 51410[3] |
Digər | |
opatija.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
Оpаtiya (xorv. Opatija, alm. Sankt Jakobi, it. Abbazia) — Xorvatiyanın Adriatik dənizi sahilində, Riyekanın cənub-qərbindəki bir şəhərdir. 2011-ci ildən etibarən şəhərin 11,659 əhalisi var, mərkəzdə isə 6,657 nəfər yaşayır.[4] Məşhur yay və qış tətil yeridir, qışda orta istilik 10 °C və yayda 25 °C olur. Opatiya dəfnə meşələri ilə əhatə olunmuşdur. Şimalda və cənubda bütün dəniz sahili qayalıq və mənzərəlidir.
1872-ci ildə Matulyiyə dəmir yolları çəkildi və bununlada Opatiyada və Lovranda turizmin inkişafına səbəb oldu.
Avstriya imperatoru I Frans İosif bir neçə ay qış aylarında burada qalmış və 19-cu əsrin sonlarından qalma lüks otel və villada dəfələrlə məskunlaşmışdır.
1920-ci ildə Opatiya İtaliyaya bağlandı. İki il sonra, faşistlər hakimiyyətə gəldikdə, İtaliya hökuməti əhalinin məcburi italyanlaşma proqramına başladı və ictimai ərazilərin əksəriyyəti italyan dilli vətəndaşlar üçün ayrıldı.
1947-ci ildə Opatiya Yuqoslaviyaya verildi, əvvəlki illərdə xeyli artan italyan dilli əhalinin əksəriyyəti İtaliyaya köç etdi. 1963-cü ildə memar Andria Cicin-Sain və komandası tərəfindən "Adriatik" otelin inşası tamamlandı. "Adriatik" oteli Avstriya-Macarıstan İmperiyası dövründən sonra Opatiyada tikilən ilk otel oldu.
1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra şəhər Xorvatiyaya bağlandı.
2010-cu ildə Zalsburq yaxınlığındakı Bad Isçl şəhəri, Opatiyanın ilk Avstriya qardaş şəhəri oldu.