Pinqvinlər

Pinqvinlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Pinqvinlər
Beynəlxalq elmi adı

Pinqvinlər (lat. Spheniscidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin pinqvinkimilər dəstəsinə aid heyvan fəsiləsi.Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 – 105 sm olurlar. 17-yə qədər növü bilinir. Ən iriləri olan İmperator pinqvinləri təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Növlər bir-birindən, başlarındakı rəngli tükləriylə seçilir. Quyruqları qısa və ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilərlər. Dənizdə, saatda 10 dəniz mili sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilirlər.

Qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Buna qarşılıq üzərkən çox qüvvətli üzgəc vəzifəsi görür. Pinqvinlər soyuq mühitlərdə yaşayırlar və qara kürəkləri onlara günəş işığını udmağa və istiliyi saxlamağa kömək edir, onları soyuq Antarktika sularında isti saxlayır.[3] Həmçinin, onların qara və ağ rəngləri onları kamuflyaj edir və onları ovlayan suiti və köpəkbalıqlarını çaşdırır.[4] Pinqvinlər, buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyiylə xizək kimi sürüşərək, quruda bir neçə yüz kilometr məsafə qət edə bilərlər. Təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxırlar. Bədənlərini örtən sıx tüklər və dəri altlarındakı qalın yağ təbəqələri onları Antarktikanın dondurucu soyuqlarından qoruyur. Bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olduğunda qan damarları ilə dəriyə gedən qanı azaldaraq, yüksəldərək və tüklərini dikləşdirərək bədən istiliklərini tənzimləyirlər.

Cənub qütbü pinqvinləri 40°C-lik bədən istilikləri ilə −40°C-lik Antarktika soyuğuna uyğunlaşıblar. Bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji və idarə mexanizmləri ilə 80°C-lik istilik fərqinə dözə bilirlər.

Antarktikanın kral pinqvinləri gündə ortalama 140 dəfə suya girirlər. Bunun, ancaq yüzdə onunda ov tuta bilirlər. Tük dibləri dəriyə yaxın qisimdə istiliyə qarşı yalıtkan bir iç təbəqə meydana gətirərək bədəni soyuqdan təhlükəsizliklə qoruyar.

Bəzi növləri, kürt olduğu dövrlərdə dörd aya yaxın bir zamanda aclığa dözə bilirlər. Bu dövrdə çəkilərinin yarısını itirərlər. Antarktidadan başqa yerdə yaşayan pinqivinlərin su axıntıları və üzən buzlarla Cənub qütbündən gəldikləri fərz edilir.

Artım dövrələrində bir qisimi yan-yana dayanaraq yüz minlərlə fərddən əmələ gələn kürt koloniyaları meydana gətirər. Yuva quranlar 2–3 yumurta yumurtlayarlar. İmperator (Aptenodytes forsteri) və kral pinqvin (Aptenodytes patagonica) isə yuva qurmurlar, bir yumurta yumurtlayır və tək yumurtalarını ayaqları üzərində və qarınlarının altındakı dərisinin altında mühafizə edərək soyuqdan qoruyurlar. Yuva edənlərin kişiləri, dişilərinə çaxıl daşları hədiyyə edərək pərəstişkarlıq edər. Dişi, qar əridikcə bu daşlarla yuvasını yüksəldər. Erkək və dişi növbə ilə kürt yatır. Kürt dövründə bir şey yemirlər. Balaların qayğısına ana və ataları birlikdə qalır.

Pinqvinlər insandan qaçmadıqları üçün, yağlarından istifadə etmək istəyənlər çox miqdarda ovlayaraq istehlak edirlər.

Normal şəraitdə bir insan üçün buzun üzərində yalın ayaqla gəzmək mümkün deyil. Əgər təcrübədən keçirilsə, bir müddətdən sonra buzda yalın ayaqla gəzən adam, donma təhlükəsi ilə qarşılaşacaq.

Elə isə ömür boyu buzun üzərində yalın ayaqla rahatlıqla gəzən, üstəlik bu şəkildə bədən temperaturunu tənzimləyən pinqivinlər necə olur ki, donmurlar?

Qütbdə yaşayan imperator pinqivinləri həyatlarının böyük bir hissəsini buz üzərində gəzərək, qalan hissəsini isə okeanda qida axtararaq keçirirlər. Bəs insanlar üçün xüsusi qoruyucu vasitələr olmadan yaşamağın mümkünsüz olduğu qütbdə pinqivinlər donmadan necə yaşayırlar?

Pinqivinlərin bədənlərinin böyük bir hissəsi su keçirməyən tüklər vasitəsiylə soyuqdan qorunur. Dərilərinin altında olan qalın yağ təbəqəsi də istilik izolyasiyasına kömək edir. Hətta yağ təbəqəsi və tüklər birlikdə o qədər güclü istilik izolyasiyası yarada bilər ki, pinqivin günəşli bir gündə həddən artıq istilənə bilər. Pinqivinlərin yalın olan dimdikləri və ayaqları istilik itirilməsinə səbəb olur və onların bədənlərinin sabit tempraturda qalmasına şərait yaradır.

Soyuq havalarda öncə əllərimiz və ayaqlarımız üşüyür. Bunun səbəbi qanın həyati orqanları isti saxlamaq üçün ayaqlardan və əllərdən çəkilməsidir. Qan dövranı sistemimizin bu möcüzəvi özəlliyinə bənzər bir xüsusiyyət pinqivinlərdə də vardır. Nizamlı qan paylanması sayəsində pinqivinlərin ayaqları buz üzərində donmaz.

Pinqivinlərin ayaqlarında olan müəyyən arteriya damarları, pinqivinlərin ayaqlarındakı istiliyə uyğun olaraq qan dövranını nizamlayır. Arteriya damarları ayaqları donma səviyyəsindən bir neçə dərəcə yüksək istilikdə saxlamaq üçün lazım olan miqdarda qanla təmin edir. Elə bu tədbir sayəsində pinqivinlərin ayaqları donmur.

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Why are penguins black and white? ‹ The Tawaki Project" (ingilis). 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  4. Spofford, Megan. "Black And White, The Perfect Combination | Penguins International" (ingilis). 2020-01-02. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]