Pol Samuelson | |
---|---|
ing. Paul Anthony Samuelson | |
Doğum tarixi | 15 may 1915[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 2009[3][4][…] (94 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | makroiqtisadiyyat |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbərləri | Yozef Şumpeter, Vasili Leontyev |
Tanınmış yetirməsi | Robert Merton |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Pol Antoni Samuelson (15 may 1915[1][2][…], Geri, İndiana[8] – 13 dekabr 2009[3][4][…], Belmont[d], Massaçusets[9][10][…]) — amerikalı iqtisadçı. 1970-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Pol Samuelson 1915-ci ildə İndiana ştatıda anadan olub. Çikaqo Universitetini bitirib (1935), Harvard Universitetində magistr və doktorluq elmi dərəcəsi alıb (1941). 1940-cı ildə Massaçusets Texnologiya İnstitutunun müəllim heyətinin tərkibinə daxil olub. Pol Samuelson Con Kennedi və Lindon Conson kimi prezidentlərin müşaviri olub. Uzun illər "News week" jurnalında köşə yazıları ilə çıxış edib. 1947-ci ildə Amerika İqtisadi Dərnəyinin Con Beyts Klark medalı ilə mükafatlandırılıb. 1951-ci ildən Amerika İqtisadi Dərnəyinin rəhbərliyinə yüksəldi və həmin dərnəyin nəşr etdiyi "İqtisadiyyat" jurnalına (ing. Economics) redaktor seçildi. Bu dövrdən sonra yazdığı məqalələrdə iqtisadi problemlərin həlli yollarını göstərdi. Dövlətin biliyinə önəm verdiyi biri kimi tanındı.
Pol Samuelson iqtisadiyyat üzrə Nobel mükafatını almış ilk amerikalı olub. Nobel mükafatı ona 1970-ci ildə — mükafat təsis olunandan 1 il sonra təqdim edilib. O, XX əsrin ikinci yarısında iqtisadiyyat elminin aparıcı nümayəndələrindən biri kimi tarixə düşüb. İqtisadi tarixçi Rendal Parker onu "Çağdaş İqtisadiyyatın atası" adlandırıb.[11] O, The New York Times qəzeti tərəfindən "XX əsrin ən böyük iqtisadçıları" arasında daxil edilib.[12]
Onun əsas nailiyyətlərindən biri kimi qiymətin formalaşması, tələb və təklif arasında qarşılıqlı əlaqənin analizinə riyazi metodları tətbiq etməsi olub. Samuelson riyaziyyatın iqtisadi analiz üçün əhəmiyyətini dəfələrlə qeyd edirdi. Özünün 1947-ci ildə yazdığı "İqtisadi təhlilin əsasları" (ing. Foundations of Economic Analysis) işində Samuelson bu peşənin sahiblərini "ən eybəcər şəkildə beyin idmanı" vərdişinə görə tənqid edirdi və onları "heç bir yarışda iştirak etməyən idmançı" ilə müqayisə edirdi.
Samuelson Massaçusets Texnologiya İnstitutunun iqtisadi təmayül statusunun müasir səviyyəyə çatdırılmasında əvəzedilməz rol oynayıb. FES rəhbəri Ben Bernanke, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman, ABŞ prezidentinin iqtisadi müşavirlər qrupunun sədri Kristina məhz həmin məktəbin məzunları olublar.
Samuelsonun vizit kartı olan "İqtisadiyyat: təhlilə giriş" (ing. Economics: An Introductory Analysis) dərsliyi ilk nəşrindən — 1948-ci ildən bəri 40 dilə tərcümə olunub və 4 milyon nüsxədən çox sayda satılıb.
Pol Samuelson 13 dekabr 2009-cu ildə qısa çəkən xəstəlikdən sonra 94 yaşında öldü.
İqtisadiyyat üzrə Nobel mükafatı