Pol Tomas Anderson | |
---|---|
ing. Paul Thomas Anderson | |
| |
Doğum tarixi | 26 iyun 1970[1] (54 yaş) |
Doğum yeri |
|
Uşağı | 4 |
Partnyoru |
|
Fəaliyyəti | kinorejissor, ssenarist, film prodüseri, kinematoqraf, rejissor, prodüser, yazıçı |
Fəaliyyət illəri | 1988-ci ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0000759 |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Tomas Anderson (ing. Paul Thomas Anderson; 26 iyun 1970[1], Studio City[d], Kaliforniya)[2][3] — amerikalı film rejissoru. O, müasir ABŞ kinosunun ən görkəmli rejissorlarından biri hesab olunur.
Pol Tomas Anderson 26 iyun 1970-ci ildə Los-Anceles şəhərinin Studio City bölgəsində doğulub. Onun atası Erni Anderson Amerika Yayım Şirkətində çalışan aktyor idi.[4][5] Pol dörd qardaş-bacısı ilə birlikdə San Fernando vadisində böyüyüb.[6] Onun atasının ilk evliliyindən dünyaya gəlmiş beş ögey qardaş-bacısı var.[7] Polun anası ilə olan münasibəti isə yaxşı deyildi. Pol daha çox atasına yaxın idi. Atası onu yazıçı və ya rejissor kimi karyera qurmaqda dəstək olmuşdur.
Anderson Nyu-York Universitetinin Film Məktəbində oxuyub. O, həmin illər öz filmlərini çəkərək daha çox öyrənməyin mümkün olduğunu düşünərək məktəbi tərk etmişdir. O, ilk olaraq qısametrajlı filmlər və kliplər çəkmiş və bu sayədə öz üslubunu və istedadını inkişaf etdirmişdir.
O, rejissorluq karyerasına 1996-cı ildə lentə aldığı "Çətin səkkizlik" adlı ilk bədii filmi ilə başlayıb.[8] Filmin uğuru Andersona daha böyük imkanlar təqdim etmişdir. O, 1997-ci ildə çəkdiyi "Boogie Nights" filmi ilə sıçrayış edib. 1970-ci illərdəki pornoqrafiya sənayesi haqqında olan bu film Andersonun şah əsəri hesab edilir.[9] "Boogie Nights" ən yaxşı orijinal ssenari nominasiyasında "Oskara" namizədlik əldə etmişdir.
Andersonun növbəti böyük layihəsini 1999-cu ildə "Maqnoliya" filmi ilə gerçəkləşdirib.[10] 'Maqnoliya" Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" qazanın. Üstəgəl, "Oskar" mükafatına da namizəd oldu. Tom Kruz filmdəki çıxışına görə "Oskar" mükatına sahib olub.[11]
Onun ən diqqətəlayiq əsərlərindən biri də 2007-ci ildə Deniel Dey-Lüisin baş rolda oynadığı "Qan töküləcək" filmidir.[12] Neft kəşfçisinin hekayəsindən bəhs edən bu film, acgözlük və korrupsiya mövzusundadır. Anderson sözügedən filmə görə "Ən Yaxşı Rejissor" nominasiyası üzrə "Oskar"a namizədlik qazanmışdır.[13]
İl | Ad | Distributor |
---|---|---|
1996 | Hard Eight | Rysher Entertainment |
1997 | Boogie Nights | New Line Cinema |
1999 | Maqnoliya | New Line Cinema |
2002 | Punch-Drunk Love | Sony Pictures Releasing |
2007 | There Will Be Blood | Paramount Vantage / Miramax |
2012 | The Master | The Weinstein Company |
2014 | Inherent Vice | Warner Bros. Pictures |
2017 | Phantom Thread | Focus Features / Universal Pictures |
2021 | Licorice Pizza | United Artists Releasing / Metro-Goldwyn-Mayer |