Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
[[Fayl:|left|150px]] Yaşayan ölülərin gecəsi (film, 1968) — Corc Romero tərəfindən idarə olunan 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirrli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.
Romeronun 114.000 dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-da 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Ancaq "ABŞ Konqres Kitabxanası" filmi 1999-cu ildə "mədəni, tarixi və ya estetik baxımdan əhəmiyyətli" olduğu səbəbiylə "Milli Film Arxivi"nə daxil etmişdi. Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır. "Vyetnam müharibəsi" dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölülərin gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi. Romeronun rejissorluq etdiyi bu film "Yaşayan ölülər" ardıcıllığının ilk seriyası idi. Filmin ilk təkrar çəkilişini Tom Tezis 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölülərin gecəsi 3D" filmi adı altında baş tutmuşdur. Filmin bir çox remeyki mövcuddur.
|
Lümyer qardaşları (Lui və Ogüst Lümyer) — kino sənətinin yaradıcıları.