Portuqaliyalı Juana | |
---|---|
21 may 1455 – 11 dekabr 1474 | |
Əvvəlki | Portuqaliyalı İzabella |
Sonrakı | Portuqaliyalı İzabella |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1439 |
Vəfat tarixi | 12 dekabr 1475 (36 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | royal consort of Castile[d] |
Atası | I Duarte |
Anası | Araqonlu Eleonora (Portuqaliya kraliçası) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Avis sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası.
Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu.
Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi. Ancaq bu qızın da kraldan deyil, kraliçanın sevgilisi olan Alburkerke qrafı Don Beltrandan doğulduğu iddia edildi. Bu səbəblə doğulan qızcığaz Yuanna la Beltran olaraq anıldı. Qızının kralın yeganə varisi olduğunu sübut etmək və taxt sırasındakı kralın bacısı İzabellanı ölkədən uzaqlaşdırmaq üçün onu qardaşı V Afonsoyla evləndirmək istəsə də, İzabella bunu qəbul etmədi.
Yayılan saray şayələri səbəbilə, IV Henri onu kral sarayından qovdu. Sürgün edildiyi sarayda daha sonra 2 uşaq daha dünyaya gətirən kraliçadan 1468-ci ildə boşandığını elan edən IV Henri bu uşaqları tanımadı. Ərinin 1474-cü ildə vəfat etməsinin ardından qızının taxt iddiasını dəstəkləyən Yuanna çox keçmədən 1475-ci ildə Madriddə vəfat etdi.